Tələbələr imtahanda

Azərbaycanın rayonlarında həyəcan yaşanır

121
(Yenilənib 10:13 27.06.2018)
Bu gün ümumilikdə 70081 (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) şagirdin imtahan verəcəyi nəzərdə tutulur

BAKI, 27 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumata verilib. Bildirilib ki, bu gün ümumilikdə 70081 (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) şagirdin imtahan verəcəyi nəzərdə tutulur. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb. İmtahanda 39554 nəfər (Gəncə 3372, Lənkəran 2287, Naftalan 88, Şəki 2042, Sumqayıt 4392, Abşeron 3866, Ağdam 930, Ağsu 683, Astara 1284, Bərdə 2203, Biləsuvar 1388, Daşkəsən 278, Goranboy 1318, Göygöl 882, İmişli 1253, Kürdəmir 1207, Oğuz 561, Qəbələ 1352, Saatlı 1027, Sabirabad 1804, Şabran 699, Şamaxı 946, Samux 680, Tərtər 889, Xaçmaz 2115, Yevlax 1398, Zərdab 610) 9‑cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün, ümumilikdə 87 imtahan binası ayrılıb. İmtahanda 30527 nəfər (Gəncə 2647, Lənkəran 1731, Naftalan 63, Şəki 1781, Sumqayıt 3394, Abşeron 2667, Ağdam 780, Ağsu 562, Astara 771, Bərdə 1615, Biləsuvar 1091, Daşkəsən 205, Goranboy 1074, Göygöl 794, İmişli 1126, Kürdəmir 910, Oğuz 484, Qəbələ 1194, Saatlı 740, Sabirabad 1463, Şabran 511, Şamaxı 644, Samux 488, Tərtər 682, Xaçmaz 1522, Yevlax 1141, Zərdab 447) 11‑ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

121
Teqlər:
məzun, buraxılış, Dövlət İmtahan Mərkəzi, rayonlar, şagird, imtahan
Əlaqədar
İmtahan iki qızın həyatına son qoydu
Dövlət İmtahan Mərkəzi tender elan edir
Azərbaycanın gələcək zabitləri imtahan qarşısında
İmtahan vaxtı çatdı
Lənkəranda abituriyentlər 4 binada imtahan verdilər — FOTO
Abituriyentlərin sınaq günü: I və IV qruplar üçün imtahan keçirilir
Dövlət İmtahan Mərkəzi müraciət yayıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

4
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

4
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması
Prezident İlham Əliyev xalqa müraciəti zamanı

İlham Əliyev: Ermənistan rəhbərləri 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi olub

8
(Yenilənib 15:53 01.12.2020)
"Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik".

BAKI, 1 dekabr — Sputnik. "Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı. Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir. Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!", - deyə Prezident qeyd edib.

8
Teqlər:
Ermənistan, Serj Sarkisyan, Robert Koçaryan