Türk qırıcıları Bakı səmasını bəzədi

© Sputnik / Murad OrujovTürk qırıcıları Bakı səmasında, 26 iyun 2018-ci il
Türk qırıcıları Bakı səmasında, 26 iyun 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Türk Ulduzları" Bakı səmasında nümunəvi uçuşlar keçirir

BAKI, 26 iyun — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) Hərbi Hava Qüvvələrinə daxil olan "Türk Ulduzları" aviasiya qrupuna məxsus təyyarələr, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar Bakı səmasında uçuş həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı buxtası üzərində həyata keçirilən nümunəvi uçuşlarda 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr iştirak edib.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar hərbi parad təşkil olunub. Bu məqsədlə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" aviasiya qrupuna daxil olan təyyarələr Azərbaycana gəlib.

Xəbər lenti
0