BAKI, 25 iyun — Sputnik. Avropa Şurası Parlament Assambeleyasının (AŞPA) yeni prezidenti seçilib. Spuntik Azərbaycan xəbər verir ki, yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti olub.
Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında həmin vəzifəyə seçilmişdi.
AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.
BAKI, 16 yanvar — Sputnik. 2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi, 10 avtomat darağı, 7584 müxtəlif çaplı patron, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub.
Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
BAKI, 16 yanvar — Sputnik. Vaksinlərin ölkə üzrə saxlama məntəqələri qurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib. O bildirib ki, bu istiqamətdə ölkə üzrə bütün infrastruktur hazır vəziyyətdədir. Bunun üçün bütün bölgələrdə peyvəndlərin saxlanılması üçün soyuq zəncir sistemi yaradılıb. Nazirlik rəsmisinin sözlərinə görə, Şuşada da vaksinlərin saxlanması üçün bu cür məntəqə qurulur”.