Donald Tramp

Tramp yenə qalmaqal yaratdı: "Onları ABŞ-dan qovmalıyıq"

114
(Yenilənib 13:48 25.06.2018)
ABŞ prezidenti: "Kimsə ölkəmizə qanunsuz olaraq gəldiyindən məhkəmə olmadan geri göndərməliyik"

BAKI, 25 iyun — Sputnik. Meksika ilə sərhəddə həbs edilən qanunsuz miqrantların ölkədən çıxarılacağını deyən ABŞ prezidenti Donald Tramp qərarını dəyişməyəcəyini bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ prezidenti öz "Twitter" səhifəsində yazıb.

Donald Tramp və Vladimir Putin
© REUTERS / Steffen Kugler/Courtesy of Bundesregierung

"Bu insanların ölkəmizi işğal etmələrinə yol verə bilmərik. Kimsə ölkəmizə qanunsuz olaraq gəldiyindən məhkəmə olmadan geri göndərməliyik. Sistemimiz, qanunumuz, miqrant siyasətimiz hamı tərəfindən lağa qoyulur. Uşaqların böyük əksəriyyəti onsuz da atası olmadan ölkəmizə gəlir" — deyə o vurğulayıb.

Prezident ABŞ-da immiqrasiya siyasətinin düzgün olmadığını vurğulayıb: "Bu siyasət qanuni olaraq proseduralardan keçən və uzun illər gözləyən insanlara qarşı haqsızlıqdır. İmmiqrasiya xidmətlərə əsaslanmalıdır. Bizə ABŞ-ı daha da böyüdəcək insanlar lazımdır".

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp qanunsuz miqrantların övladlarının ailələrindən ayrı mərkəzdə saxlanılması ilə bağlı qərarını həm ölkədaxili, həm də xaricdən gələn reaksiyalara görə ləğv edib.

Bir düşərgədə onlarla uşağın məftillərlə ayrılan qəfəslərdə saxlanılmasını göstərən fotolar və uşaqların ağlamasını əks etdirən səs yazıları bütün dünyanın reaksiyasına səbəb olmuşdu. ABŞ prezidenti ötən həftə imza mərasimində uşaqların ailələrindən ayrılarkən ağladıqlarını əks etdirən fotoların ona pis təsir etdiyini bildirmişdi.

114
Teqlər:
Meksika, ABŞ prezidenti, Tramp
Əlaqədar
Putin - Tramp görüşü barədə məlumat yayıldı
Donald Tramp ona etiraz edənlərlə sərt zarafat etdi
Dünya şokda: G7 sammitində Tramp Merkelə qarşı bunu da edib
Hərbi qarşıdurma kosmosa keçir: Tramp elə bir qərar imzaladı ki...
Donald Tramp müsəlmanlara müraciət etdi
Donald Tramp Kim Çen Ina göstərdiyi "sirli" videonu yaydı
Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaları dayandırdı