Azərbaycanda hərbi parad. Arxiv şəkli

İranın müdafiə nazirinin müavini hərbi parada görə Azərbaycana gəldi

690
(Yenilənib 12:56 25.06.2018)
Mahmud Şeyx Həsəni Azərbaycan ordusunun 100 illiyi ilə bağlı hərbi parada qatılacaq

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. İranın müdafiə nazirinin müavini, general-mayor Mahmud Şeyx Həsəni bu gün Azərbaycana səfərə gəlib. Bu barədə Sputnik Azərbaycan-a İranın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Mahmud Şeyx Həsəni Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edəcək.

Müdafiə nazirinin müavininin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi də gözlənilir.

Hərbi paradda, həmçinin bir sıra xarici ölkələrin müdafiə sahəsində olan rəsmiləri də iştirak edəcək.

Qeyd edək ki, sabah Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Hərbi paradda Azərbaycan ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.

Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün — 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.

690
Teqlər:
müdafiə nazirinin müavini, general-mayor Mahmud Şeyxhəsəni, hərbi parad, Azərbaycan ordusu, İran, səfər, Azərbaycan
Əlaqədar
Hərbi paradla bağlı yollar bağlanılacaq
Moskvadakı Qızıl Meydanda Qələbə paradı keçirilib

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

7
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

7
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

7
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

7
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi