Morq, arxiv şəkli

Alimlər ölümlə bağlı dəhşətli faktlar üzə çıxardı

1635
(Yenilənib 20:23 24.06.2018)
Ürək dayandığı zaman beyinə qan getmir və o da zamanla ölməyə başlayır

BAKI, 24 iyun — Sputnik. Ölümdən sonra həyat varmı? Kanadada baş verən bir hadisə ölümdən sonra beynin dəqiqələrlə yaşadığını sübut edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kanadada həkimlər bir xəstənin öldükdən sonra beyninin 10 dəqiqə yaşadığını müəyyən ediblər.

Amerika Lanqon Tibb Fakültəsi Reanimasiya şöbəsinin rəhbəri dr. Sem Parnianın sözlərinə görə, insan öldükdən sonra onun beyni öldüyünü dərk edəcək qədər yaşayır.

İnsanın öldükdən sonra da beyninin çalışdığını araşdıran alimlər, kliniki ölümdən sonra yenidən həyata qaytarılan 330 xəstədən 140-ı üzərində araşdırma aparıblar. Araşdırmaya görə, bu insanların 39 faizinin ürəyi dayansa da, beyni müəyyən müddət işləyib. Belə ki, ürəyi dayandıqdan sonra həyata qaytarılan insanlar müəyyən müddət həkimlərin onların haqqında "öldü" dediklərini də eşidiblər.

Həkimlər bildirilər ki, ürək dayandığı zaman beyinə qan getmir və o, zamanla ölməyə başlayır. Beynin korteks adlanan şüur və 5 duyğudan gələn informasiyaların işlənməsində məsuliyyətli olan bölümü də insan öldükdən 2-20 saniyə sonra heç bir aktivlik göstərmir və fəaliyyətini dayandırır. Beləcə insan öldükdən sonra beyində addım-addım proseslər dayanır və bir neçə saat sonra beyin də ölür.

1635
Teqlər:
ürək, ölüm, alim, beyin, araşdırma
Su-34 təyyarəsi, arxiv şəkli

Rusiyada qırıcı qəzaya uğradı

1
"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər.

BAKI, 21 oktyabr — Sputnik. Rusiyaya məxsus "Su-34" qırıcısı Xabarovsk diyarında qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün təhlükə yoxdur. Ekipaj üzvləri evakuasiya edilib", -deyə Şərq Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar başlayıb.

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

12
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

12