SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Onların hamısı Qarabağdan beziblər, imtina etməyə məhkumdurlar

CC BY 2.0 / hanming_huang / Stepanakert cityВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün bunları istər Paşinyan, istərsə də onu idarə edən Levon Ter-Petrosyan yaxşı dərk edir

BAKI, 23 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub və təmas xəttindəki mövqelərə baş çəkib. O, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla danışıqlar aparıb.

Görünən budur ki, Paşinyan da keçmiş iqtidar kimi "Qarabağ kartı"ndan istifadə etmək niyyətindədir. Əslində, yeni baş nazirin başqa yolu da qalmayıb. Etirazlar fonunda iqtidara gələn, lakin ölkəni idarə etmək bacarığı olmayan Paşinyan yalnız populist şüar və fəaliyyətlə iflasdan sığortalanmaq niyyətindədir. 

Zaur Məmmədov - Sputnik Azərbaycan
Ermənistan artıq Rusiya ilə müttəfiq olmaq istəmir – politoloq şərhi
Onu da xatırlamaq yerinə düşər ki, yeni baş nazirin son kadr təyinatları siyasi qüvvələrin narazılığına səbəb olub. Son etirazlar zamanı Paşinyanı dəstəkləyənlər də artıq ondan uzaqlaşmağa başlayıblar. Paşinyana müxalifətdə olan Sarqsyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib və yeni baş nazirin sabotaj edilməsi onlar üçün elə də çətin deyil. Ermənistanda elə bir vəziyyət yaranıb ki, iqtidar lümpenlərdən, müxalifət isə zənginlərdən ibarətdir. Bir dilənçinin milyonçuları idarə etməsi isə imkansız görünür.

N.Paşinyanın nə siyasi, nə də ki iqtisadi proqramı mövcuddur. Odur ki, o, insanların başını qatmaq üçün Qarabağa səfər edir, danışıqlar masasına separatçıların da əyləşməsini tələb edir və çıxışlarını hərbi ritorika üzərində qurur.

Xatırladaq ki, işğal altından olan Azərbaycan ərazisində — Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, "DQR"-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan birbaşa iştirak edir. Bir sözlə, qondarma "DQR" tam İrəvandan asılı vəziyyətdədir və onun danışıqlara cəlb olunmasını təklif etmək sərsəmlikdən başqa bir şey deyil. "DQR" "müstəqil subyekt" deyil və odur ki, danışıqlar masasında tərəf kimi iştirak edə bilməz. Ümumiyyətlə, Paşinyanın mövqeyi, bəyanatı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə, münaqişənin və Ermənistandakı problemlərin həllinə yardım göstərmir, əksinə, həmin problemləri dərinləşdirir.

© Sputnik / Asatur YesayantsErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Ermənistanın baş naziri Nikol Paşinyan

Bu baxımdan, Paşinyanın bir siyasətçi kimi məğlubiyyəti uzaqda deyil. O, Ermənistanda yalnız Qarabağ klanına qarşı mübarizənin lideri kimi tanınır. Burada bir nüansı xüsusi qeyd etmək lazım gəlir ki, İrəvanda yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasında psixoloji vuruşma özünü göstərməkdədir. Paşinyan nə qədər millətçi şüarlara müraciət etsə də, bu məsələlər adi şüur səviyyəsində öz həllini tapmayıb. Paşinyanın qarşısında duran ən mühüm vəzifə Dağlıq Qarabağ məsələsində bundan sonra tutacağı mövqedir. O, anlayır ki, sona qədər danışıqlardan imtina edə bilməz. Savaş da apara bilməz. Əks təqdirdə, ötən ilin aprelində olduğu kimi bu dəfə də İrəvan "ağ bayraq" qaldırmağa məhkum olacaq.

Əslində, Paşinyanın Dağlıq Qarabağa səfərləri də bu ziddiyyətli mövqedən irəli gəlir. O başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycan onu hava məkanını pozduğu üçün elə havadaca vurmaq hüququna malikdir. Növbəti səfərlərin birində Azərbaycanın ərazi bütövlüyünü pozan Paşinyanın təyyarəsi də vurula bilər.

Вид на одну из улиц Брюсселя, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan üçün insan haqları, yoxsa Qarabağ - Bu gün Brüsseldə cavab veriləcək

Burada bir məqama da diqqət yetirək. İrəvan özünün əsas dayağı olan Moskvanın da dəstəyini itirməkdədiir. Paşinyan addımları ilə demək istəyir ki, Ermənistan iqtisadi baxımdan Qərbə bağlı olmaq istəyir. Lakin Paşinyan anlamaq istəmir ki, ermənilərin təhlükəsizlik problemində Kreml ilə əməkdaşlığın alternativi mövcud deyil.

Ermənistanda siyasi böhran davam edir və arxa plana çəkilən Sarqsyan hakimiyyətə yenidən qayıtmaq barədə düşünür. Bu prosesin sonunun nə olacağını zaman göstərəcək. Lakin istənilən halda Paşinyanın iflasa uğrayacağını təxmin etmək olar.

Ermənistan cəmiyyətini bezdirən yalnız Qarabağ klanının özbaşınalığı deyil, eyni zamanda bu münaqişənin mövcudluğudur. İrəvanda gözəl anlayırlar ki, Qarabağdan imtina etməyə məhkumdurlar. Bunu nə qədər tez etsələr, ermənilər üçün bir o qədər yaxşı olar. Bütün bunları istər Paşinyan, istərsə də onu idarə edən Levon Ter-Petrosyan yaxşı dərk edir. İstənilən halda, Bakının işğal altında olan ərazilərini azad etmək hüququ var və Azərbaycan müharibə variantından hələ imtina etməyib…

Xəbər lenti
0