Axtarışlar nəticə verdi, Elnurun cəsədi tapıldı

© Photo : İlmessaggeroİtaliyada batan gənc tələbənin cəsədi tapılıb
İtaliyada batan gənc tələbənin cəsədi tapılıb - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti ekzpertizaya göndərilib

BAKI, 20 iyun — Sputnik. İtaliyada göldə boğulan azərbaycanlı tələbə Elnur Babayevin cəsədi iki gün öncə tapılıb. Bu barədə Sputnik Azərbaycan-a ailənin yaxını Zülfiyyə Abdullayeva məlumat verib. 

© Photo : Facebook / Elnur BabayevElnur Babayev
Elnur Babayev - Sputnik Azərbaycan
Elnur Babayev

O bildirib ki, Elnurun cəsədi ayın 16-da sualtı axtarış aparan robotlar tərəfindən aşkar edilib: "Ancaq cəsədi həmin ərazidən çıxarmağa iki gün vaxt sərf edilib. Dünən cəsəd müayinə edilməsi üçün ekspertizaya göndərilib".

Z.Abdullayeva qeyd edib ki, artıq meyitin ölkəyə gətirilməsi üçün bütün sənədlər hazırdır: "Elnur Bakıda dəfn ediləcək. Mümkün qədər tez gətirməyə çalışırlar. Ailə çox həssasdır".

© Photo : İtaliya mətbuatıİtaliya mətbuatının gənc tələbənin cəsədinin tapılması ilə bağlı yaydığı xəbər
İtaliya mətbuatının gənc tələbənin cəsədinin tapılması ilə bağlı yaydığı xəbər - Sputnik Azərbaycan
İtaliya mətbuatının gənc tələbənin cəsədinin tapılması ilə bağlı yaydığı xəbər

Xatırladaq ki, 29 yaşlı Elnur Babayev Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olub. O, iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub. E.Babayev ailənin tək oğlan övladı olub.

İtaliya mətbuatının məlumatına görə, Elnurun cəsədinin tapılması üçün suyun 90 metr dərinliyində axtarışlar aparılıb və 16 gün davam edən axtarışlardan sonra cəsəd tapılıb.

Xəbər lenti
0