Azərbaycan Ordusu

Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO

1803
(Yenilənib 11:21 20.06.2018)
Kəndin ermənilərdən azad olunmasına dair video yayılıb

BAKI, 20 iyun — Sputnik. Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.

Sputnik Azərbaycan həmin videonu təqdim edir.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə daha əvvəl Nuhçıxan informasiya agentliyinə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.

Xatırladaq ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

1803
Teqlər:
Şərur rayonunun Günnüt kəndi, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi günün qalmaqallı xəbərinə aydınlıq gətirdi
Prezident Müdafiə Nazirliyi ilə bağlı fərman imzaladı
Müdafiə Nazirliyi tək oğlan övladının cəbhəyə göndərilməsinə münasibət bildirdi
Müdafiə Nazirliyi hərbçilərin ölüm xəbərinə aydınlıq gətirdi
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi: "Qoşunların təmas xəttində..."
Volkswagen ID.4

Bu ilin ən yaxşı avtomobili elan olundu

3
(Yenilənib 23:53 22.04.2021)
2021-ci ildə heç bir maşın onu qabaqlaya bilmədi: Bu alman avtomobil markası Yaponiya istehsalı olan iki rəqibini xeyli geridə qoyub.

BAKI, 23 aprel — Sputnik. "World Car Awards"-un münsiflər heyəti elektrikli heçbek "Volkswagen ID.4"-ü 2021-ci ilin ən yaxşı avtomobili elan edib. Səsvermənin nəticələri müsabiqənin saytında yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla məlumat yayıb.

"Bu böyük qələbə münasibətilə "Volkswagen"-i ürəkdən təbrik edirik. Yalnız üçüncü elektrikli avtomobil (yarış tarixində) bu prestijli mükafatı qazandı!", – deyə təşkilatçılar müsabiqənin "Twitter"-dəki səhifəsində yazıblar.

"Volkswagen"-in əsas rəqibləri "Toyota Yaris" və elektrikli "Honda E" olub. Qalib 798 bal, digər avtomobillər isə müvafiq olaraq 742 və 732 bal toplaylıblar.

Bununla belə, "Honda E" "Ən yaxşı şəhər avtomobili" adına layiq görülüb.

Bundan başqa, "Porsche 911 Turbo" "Ən yüksək performanslı", "Mercedes-Benz S-Class" "Ən dəbdəbli" və "Land Rover Defender" ən yaxşı dizayna malik avtobil kimi mükafata layiq görülüb.

Qeyd edək ki, "World Car Awards"-un versiyasına əsasən, 2020-ci ildə ən yaxşı avtomobil mükafatını "Kia Telluride" qazanmışdı.

3

İsraillə yola davam: Turizmdən kibermüdafiəyədək

10
(Yenilənib 23:44 22.04.2021)
Mikayıl Cabbarov: "Texnologiya sahəsində də İsraillə əlaqələrimizin inkişafında maraqlıyıq. Özəl sektorda əlaqələr daha sürətlə genişlənir. Biz gələn il hətta İsraildə ticarət bürosu açmağa ümid edirik".

BAKI, 22 aprel - Sputnik. "İsrail Azərbaycanın ixrac etdiyi ölkələr arasında üçüncü yeri tutur. Heç kəsə sirr deyil ki, qarşılıqlı əlaqələrdə neft və qaz sahəsi əsas yeri tutur, lakin mən bunun daha da genişlənməsini istəyirəm".

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Israel Hayom" nəşrinə müsahibəsində deyib. 

Nazir bildirib ki, Azərbaycan İsraildə turizm bürosu açmağı planlaşdırır:

"Turizm, kənd təsərrüfatı və aqrotexnika sahəsində əməkdaşlıq üçün böyük fürsətlər var. İstərdim ki, biz kiber müdafiə, təhsil, su resursları və səhiyyə sahəsində əməkdaşlıq edək.  Biz 2019-cu ildə yaradılan qarşılıqlı iqtisadi əməkdaşlıq üçün önəmli forumun fəaliyyətini daha da canlandırmaqda maraqlıyıq".

Nazirin fikrincə, İsraildə turizm bürosunun açılması vacib mesaj olacaq: "Texnologiya sahəsində də İsraillə əlaqələrimizin inkişafında maraqlıyıq.

Özəl sektorda əlaqələr daha sürətlə genişlənir. Biz gələn il hətta İsraildə ticarət bürosu açmağa ümid edirik".

10