Narimanov rayonunda yerləşən tikinti materialları satışı dükanında yanğın

Bakıda "Taxta bazarı"nda yanğın - VİDEO

952
(Yenilənib 11:53 19.06.2018)
Xətai metrostansiyasının yaxınlığındakı obyektlərdən birində yanğın başlayıb.

BAKI, 19 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində, Xətai metrostansiyasının yaxınlığındakı obyektlərdən birində yanğın başlayıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın tikinti materiallarının satışı mağazasında baş verib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanğın Bakı şəhərinin Nərimanov rayonunda yerləşən tikinti materiallarının satışı mağazasının dam örtüyündə başlayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın söndürülməkdədir.

952
Teqlər:
Xətai metrostansiyası, Dövlət Yanğından Mühafizə Xidməti, Nərimanov rayonu, Bakıda yanğın, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
Yanğın sahibkara böyük zərər vurdu
Bakıda daha bir güclü yanğın başlayıb, təhlükə böyüyür