Leysan

Yenə tufan, yenə leysan: Rayonlarda qiyamət qopsa da, Bakıda hava isti olacaq

1330
(Yenilənib 21:14 19.06.2018)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

BAKI, 18 iyun — Sputnik. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-750 %, gündüz 40-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

İyunun 19-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənməsi və iyun ayı üçün səciyyəvi temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

1330
Teqlər:
leysan, yağış yağacaq, şimşək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Azərbaycan, Bakı
Əlaqədar
Həftə çox pis hava ilə başlayacaq - XƏBƏRDARLIQ
İstirahət günü çimərliyə gedənlərin diqqətinə - HAVA XƏBƏRDARLIĞI
Sabaha gözlənilən hava məlumatı açıqlandı
Bazar günü bizi gözləyən hava proqnozu açıqlandı
Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko qonaqlıqda Poznerin dediyi sağlığa necə reaksiya verib

4
Vladimir Pozner: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm"

BAKI, 13 avqust — Sputnik. Məşhur rusiyalı televiziya aparıcısı Vladimir Pozner 25 il əvvəl Aleksandr Lukaşenkoya dediyi birmənalı ifadə və Belarus prezidentinin buna reaksiyasından danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, aparı müvafiq qeydləri "Pozner Online" saytındakı köşə yazısında edib.

Poznerin sözlərinə görə, hadisə Belarus liderinin 20 rusiyalı jurnalistin iştirakı ilə görüşündə baş verib. Görüş Boris Berezovski tərəfindən təşkil olunub.

Belə ki, şam yeməyi zamanı qonaqlara "səmimi qəbula görə" minnətdarlıq əlaməti olaraq sağlıq demək təklif olunub. "Yaxşı xatırlayıram, növbə mənə çatanda dedim: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm". Dedim və oturdum", - deyə Pozner bildirib.

Teleaparıcı əlavə edib ki, Lukaşenko onun dediklərinə cavab olaraq, "yalnız ifadəli baxıb". Berezovski isə qəzəblənərək onun sözlərini düzəltməyə çalışıb.

4
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

4
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

4