Siqaret kötükləri

Azərbaycanda siqaretlə bağlı qadağalar toplusu təsdiqləndi

3038
(Yenilənib 11:53 15.06.2018)
Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan olunub

BAKI, 15 iyun — Sputnik. "Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası" təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, sənəd tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanununun 9.2-ci maddəsinə əsasən hazırlanıb və tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil olunur.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. tütün məmulatları — tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur;

1.3.2. tütün məmulatlarının tullantıları — qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;

1.3.3. tütün məmulatları tullantılarının utilizasiyası — tütün məmulatları tullantılarından lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;

1.3.4. istehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları — istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə və yarımfabrikatları və onların qalıqları;

1.3.5. tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) — tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını və zərərsizləşdirilməsini həyata keçirən şəxslər.

1.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır.

2. Tütün məmulatları tullantılarının utilizasiyası

2.1. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararlı tütün məmulatlarının tullantılarına aid edilir:

2.1.1. keyfiyyətsiz tütün məmulatları — məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;

2.1.2. saxta tütün məmulatları — hüquq sahibinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikat və onların qalıqları.

2.2. İstehsal prosesində əmələ gələn tütün məmulatlarının tullantıları utilizasiyadan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası"na uyğun olaraq inventarlaşdırılır.

2.3. Utilizasiya məqsədi ilə tütün məmulatları tullantılarının qəbul edilməsi və ya təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə tütün məmulatları tullantılarının qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələr, təhvil verilmə barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

2.4. Utilizasiyaya yararlı tütün məmulatlarının tullantıları onların sahibi (mülkiyyətçisi) tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlama və digər nəzarət tədbirləri çərçivəsində onların dövriyyədən çıxarılması barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssislərinin nəzarəti ilə utilizasiya edilməsi üçün müvafiq ixtisaslaşmış müəssisələrə təhvil verilir.

2.5. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararsız tütün məmulatlarının tullantılarına aiddir:

2.5.1 süpürüntü tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları;

2.5.2. urnalardan toplanan qarışıq tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları.

2.6. Utilizasiyaya yararsız olan tütün məmulatlarının tullantıları ətraf mühitə zərərli təsirin qarşısını almaq şərtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"na uyğun kənarlaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) basdırılır.

2.7. Yandırılma üsulu ilə utilizasiya edilmiş tullantıların qalıqları ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə ekoloji qanunvericiliyə uyğun olaraq, xüsusi ayrılmış yerlərdə təcrid edilir (basdırılır).

3. Tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclərin ödənilməsi

3.1. Utilizasiyaya yararsız tütün məmulatları tullantılarının təcrid edilməsi və utilizasiyaya yararlı tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclər həmin tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) tərəfindən ödənilir.

3.2. Tütün məmulatları tullantılarının onların utilizasiyasına qədər yığılması (toplanması), daşınması, müvəqqəti saxlanması ilə bağlı xərclər "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə və yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən utilizasiyaya yararlı tütün məmulatlarının tədqiqinin (sınağının) aparılması və onun nəticələrinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilməklə dövriyyədən götürülməsi, daşınması və saxlanması ilə bağlı xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası"na uyğun olaraq müəyyən olunur.

Qeyd edək ki, sözügedən qərarı baş nazirin müavini Əli Əhmədov imzalayıb.

3038
Teqlər:
qadağa, siqaret, qayda, tullantılarının utilizasiyası, tütün məmulatları
Əlaqədar
Aksiz markası olmayan siqaret və içkilər aşkarlanıb
Eyyub Hüseynov: “Azərbaycanda təhlükəli siqaretlər istehsal olunur”
Yeni baş nazir siqaretlə bağlı qərar verdi
Külli miqdarda siqaret müsadirə olunub
Siqaret çəkilməsinə icazə verilən və verilməyən məkanlar konkretləşdi

Cavad Zərif Azərbaycana gəlib

4
(Yenilənib 23:00 24.01.2021)
İranlı diplomatın Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

BAKI, 24 yanvar - Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün axşam Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Zərif hava limanında jurnalistlərə açıqlamasında qardaş Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini deyib. 

Zərif səfər müddətində əsas müzakirə ediləcək istiqamətləri də açıqlayıb:

“Əsas müzakirə mövzusu bölgədəki regional əməkdaşlıqdır. Bu da bizim üçün çox vacibdir. İran İslam Respublikası regiondakı ölkələrlə ikitərəfli yaxın münasibətlərə üstünlük verir”. 

İran XİN rəhbərinin sözlərinə görə, sabah azərbaycanlı rəsmilərlə Dağlıq Qarabağdakı vəziyyət, əməkdaşlıq və azad olunmuş ərazilərdə yenidənqurma, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar olacaq.

Zərif azərbaycanlı məcburi qaçqınların azad edilmiş doğma torpaqlarına qayıtmasına da münasibət bildirib. Qeyd edib ki, bu məsələ də danışıqlar masasında müzakirə ediləcək. Səfər çərçivəsində, həmçinin, Şimal-Cənub və Cənub-Qərb dəhlizləri ilə bağlı məsələlərə də toxunulacaq.

İranlı diplomat əlavə edib ki, Azərbaycandan sonra Rusiya, Ermənistan, Gürcüstan və yaxın günlərdə - həftə sonu Türkiyəyə də səfər edəcəyi planlaşdırılıb. 

4
Teqlər:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Zərif, Qarabağ, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya, İran
Военные учения НАТО, фото из архива

"Rusların zəif yerindən vuraq": NATO-da fikirləşiblər

7
(Yenilənib 22:48 24.01.2021)
NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir.

BAKI, 24 yanvar - Sputnik, Andrey Kots. Hərbi kontingentin artırılması, ordu infrastrukturunun qurulması və beynəlxalq konsolidasiya - 2021-ci ildə NATO Rusiyanın qərb sərhədlərinə təzyiqi gücləndirəcək. May-iyun aylarında alyans soyuq müharibədən sonra ən iri Defender Europe 2021 manevrlərini keçirəcək. Onlara cavab olaraq sentyabrda Rusiya və Belarusun birgə “Qərb-2021” təlimləri baş tutacaq. Bütün bunların nə ilə nəticələnəcəyi barədə RİA Novosti-nin məqaləsində.

Döyüş meydanı - Avropa

Defender Europe 2021-də əvvəlki kimi Şərqi Avropa və Pribaltikada müdafiə və hücum əməliyyatlarını məşq edəcəklər. Təlimlərin əfsanəsinə görə, NATO qoşunları Kalininqrad vilayətinə hücum etməli, Rusiyanın qərb vilayətlərini mühasirəyə almalı və rusların genişmiqyaslı hücumunun qarşısını almalıdırlar. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə xüsusi diqqət Şərqi yox, Cənubi Avropaya ayrılacaq. Manevrlər Monteneqro, Kosovo və Albaniyada keçirilməlidir. Bolqarıstan və Rumıniyada HƏM təlimləri və “yer-yer” tipli raketlərin atışı olacaq. Macarıstan isə “müharibə”nin dərin arxa cəbhəsi olacaq.

Amerikalılar Avropaya böyük qüvvələr atacaqlar. Onların arasında 1-ci kavaleriya və 82-ci hava-desant diviziyalarının bölmələri də olacaq. Atlantikadan müxtəlif təyinatlı yüzlərlə texnika vahidi göndəriləcək. Bundan əlavə, Florida ştatından 53-cü piyada briqadası gələcək. İstisna edilmir ki, təlimlərdən sonra silahların bir hissəsini amerikalılar yenidən Avropada “unudacaqlar”. Mütəxəssislərin fikrincə, bu şəkildə Pentaqon ildən-ilə bölgədəki hücum imkanlarını artırır.

Defender Europe 2021-ə cavab olaraq Rusiya və Belarus sentyabrda “Qərb-2021” manevrlərini keçirəcəklər. Belarusun müdafiə naziri Viktor Xreninin bildirdiyinə görə, "birgə təlimlər yüksək şəhərləşmiş ərazidə birləşmiş hücum bölmələrinin birgə hərəkətlərinin yeni üsullarını sınaqdan keçirməyə imkan verəcək", həmçinin "yeni və müasir silah və texnika  nümunələrinin effektivliyi qiymətləndiriləcək". Minskdə vurğulayıblar ki, strateji manevrlər "İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək baxımından Belarus və Rusiya müdafiə qurumlarının möhkəm müttəfiq münasibətlərini və yekdil baxışlarını" əks etdirir.

Güc nümayişi

Heç bir tərəf manevrlərin hansısa dövlət və ya hərbi bloka qarşı yönəlmiş olmaması barədə ənənəvi diplomatik ifadələrdən istifadə etmir. NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir. Əlbəttə, tammiqyaslı hərbi münaqişə ehtimalı azdır, amma realdır.

Mütəxəssislərin fikrincə, 2021-ci ildə NATO-nun hərəkətlərinə ABŞ-da hakimiyyətin dəyişməsi birbaşa təsir edəcək. Donald Trampın 4 illik prezidentliyi dövründə Şimali Atlantika blokunun birliyi xeyli zəifləyib. Ağ Evin sahibi ilk növbədə ABŞ-ın maraqlarını güddüyünü gizlətmirdi, hətta alyansı tərk etmək variantını istisna etmirdi. Belə ritorika Avropada ciddi narahatlıq doğurdu, yenə də Aİ ordusu məsələsi gündəmə gəldi. Yeni prezident yəqin ki, hər şeyi düzəltməyə çalışacaq.

"Rusiya və NATO arasında münasibətlər bu il pisləşəcək. Bayden alyansı bərpa və səfərbər etmək istəyir. Bunun üçün isə xarici düşmən lazımdır. Rusiya bu rola yaxşı yarayır, çünki Çin çox uzaqdır. Xarici düşmən obrazı Vaşinqtona Amerika cəmiyyətini konsolidasiya etmək üçün lazımdır” – deyə Geosiyasi problemlər akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkov bildirir.

Pul qazanmaq

Ekspertlər onu da qeyd edirlər ki, həqiqətdə NATO-nun Rusiyaya dair aqressiv planları yoxdur. Alyansın getdikcə genişlənməsi isə amerikalılar üçün pul qazanmaq və Avropanı özlərinə daha sıx bağlamaq üsuludur. Vaşinqton Trampaqədərki dövrə qayıdacaq və Köhnə qitənin işlərinə qarışmağı gücləndirəcək.

“Mənə elə gəlir ki, 2021-ci ildə NATO hərbi təşkilatdan qlobal korporasiyaya çevrildiyini nümayiş etdirəcək. Alyansın əsas problemi yenə aktualdır. Söhbət maliyyələşmədən gedir. Pulu verən musiqini dı sifariş edir. Büdcənin üçdə ikisini ABŞ doldurur, bu heç kimə sirr deyil. Biz gözəl başa düşürük ki, xərclər artıq trilyon dolları keçib. İlk növbədə Vaşinqtonun sayəsində. Avropa dövlətləri ABŞ-dan tədarüklərə ümid edirlər. Bu ABŞ-ın nəhəng müdafiə büdcəsini ayaq üstə saxlayır. NATO-nun maraqların xidmət edən korporasiyalar böyük pullar qazanırlar”, - politoloq Sergey Sudakov bu fikirdədir.

Ekspert vurğulayır ki, NATO-nun fəaliyyəti artıq bu gün pulların bir cibdən digərinə ötürülməsi kimi görünür. Vaşinqton NATO-ya vəsait ayırır, müttəfiqlər o pullara ABŞ texnikası və silahlarını alırlar və dairə qapanır.

Avropa Baydenin dövründə ABŞ üçün hərbi məmulatın əsas tədarük bazarlarından biri olaraq qalacaq. Demək, okeanın o tayından anti-Rusiya ritorikasının güclənməsini gözləmək lazımdır. Lakin mütəxəssislərin çoxu əmindir: çətin ki, Vaşinqton və Brüssel gücünə görə dünyanın ikinci ordusunu həqiqətən sınağa çəkmək istəsinlər.

 

7
Teqlər:
Ağ Ev, Belarus, Rumıniya, Bolqarıstan, Macarıstan-Serbiya sərhədi, Macarıstan, Avropa, Monteneqro, Kosovo, ABŞ, Rusiya, NATO