Dövlət Yol Polisi

Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir

396
(Yenilənib 14:06 14.06.2018)
DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz

BAKI, 14 iyun — Sputnik. Yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş DYP İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır.

Bakı Şəhər Dövlət Yol Polisindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxın.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.

Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükan arxasına əyləşməyin. Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin.

396
Teqlər:
Baş DYP İdarəsi, sürücülər, xəbərdarlıq

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

4
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

4
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Türkiyə XİN-dən sərt bəyanat: "Ermənistan rəhbərliyi ağıl vicdanını itirib!"

18
(Yenilənib 18:16 28.10.2020)
"Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb" - Türkiyə XİN

BAKI, 28 oktyabr - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ordusunun Bərdə şəhərinə növbəti dəfə raket zərbələri endirməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan Türkiyə XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın münaqişə bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə dünənki hücumundan sonra Ermənistan ordusunun bu gün yenidən mülki əhalini raket atəşə tutması pislənilib:

"Bugünkü hücum nəticəsində 21 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bütün Azərbaycan xalqının başı sağ olsun. Ermənistanın uşaq, yaşlı, qoca demədən mülki əhaliyə qarşı bu alçaq hücumlarını insanlıqdan kənar hesab edir və ən ağır şəkildə qınayırıq."

Bəyanatda o da bildirilib ki, Ermənistanın mülki insanları terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı soyqırımının davamıdır və onların xəstə düşüncəsinin təzahürüdür:

"İşğal olunmuş ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir. Bu son hücum, Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini alıb".

Bəyanatda daha sonra qeyd olunub ki, beynəlxalq ictimaiyyətin, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistana lazımi reaksiya verməsinin vaxtı çatıb.

18
Əlaqədar
Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır
Bərdəyə raket atılması nəticəsində ölən və yaralananların sayı artdı
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO