Sınıqkörpü sərhəd gömrük məntəqəsi

Azərbaycan-Gürcüstan sərhədində yenilik ediləcək

608
(Yenilənib 13:32 14.06.2018)
Azərbaycan-Gürcüstan sərhəddində, Böyük Kəsik və Sadıqlı kəndləri arasında yeni gömrük-keçid məntəqəsi tikiləcək

BAKI, 14 iyun — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində, Böyük Kəsik və Sadıqlı kəndləri arasında yeni gömrük-keçid məntəqəsi tikiləcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov məlumat verib.

S.Qaralov bildirib ki, yeni sərhəd keçid məntəqəsi Ağstafa rayonun Sadıxlı kəndinin ərazisində yerləşəcək və Asiya İnkişaf Bankının dəstəyi ilə inşa ediləcək: "Yeni sərhəd keçid məntəqəsi bütün xidmətləri əhatə edəcək. Buradan həm piyada, həm də minik və yük avtomobilləri istifadə edəcəklər". 

Onun sözlərinə görə, artıq bu məqsədlə aidiyyatı qurumlardan icazə də alınıb: "Bütün dövlət qurumları bu məsələ ilə bağlı artıq razılıq veriblər. Yeni sərhəd keçid məntəqəsinin inşa edilməsi Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü" sərhəd keçid məntəqəsindəki sıxlığı 40 faiz aradan qaldıracaq".

608
Teqlər:
yeni gömrük-keçid məntəqəsi, Dövlət Gömrük Komitəsi
Əlaqədar
İran-Azərbaycan sərhəd məntəqələri 24 saatlıq iş rejiminə keçəcək
Ali Baş Komandan sərhəd gözətçi gəmisində
Dövlət Sərhəd Xidmətinin "nəzarət-buraxılış"ı ləğv edildi
Sərhəd qapılarında "əsir-yesir" olanlar: onların başqa qazanc yerləri yoxdur
Avropada sərhəd nəzarəti gücləndirilir