Bakı metrosunun loqosu

Metropolitenə yeni şöbə rəisi təyin olundu

115
(Yenilənib 12:25 14.06.2018)
"Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov icra edəcək

BAKI, 14 iyun — Sputnik. "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. Sputnik Azərbaycan xəbər verir ki, bu gündən etibarən "Bakı Metropoliteninin" mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov icra edəcək.

Qeyd edək ki, Bəxtiyar Məmmədov "Bakı Metropoliten"ində "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində rəis köməkçisi işini icra edib. 2010-2016-cı illərdə "Metro" qezetinin redaktor muavini olub. 2016-ci ilin dekabr ayından isə şöbə rəisinin müavini vəzifəsində çalışıb.

115
Teqlər:
Bəxtiyar Məmmədov, Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi, "Bakı Metropoliteni" QSC
Əlaqədar
Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi
Metro pulsuz oldu – İlginc səbəb
Bakıya yeni gətirilən metro qatarında hamımıza maraqlı olacaq yenilik
Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi
Metro yaxınlığında partlayış oldu, bir nəfər yaralandı
Paşayev: “Metro stansiyalarında konsert olacaq”