Təqvim

Sabahdan yeni rejiminə keçiləcək

23
(Yenilənib 11:48 13.06.2018)
Ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək

BAKI, 13 iyun — Sputnik. Ramazan bayramı günlərində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Ramazan təqvimi
© Sputnik / Elnur Salayev

O bildirib ki, Ramazan bayramı günlərində (14-19 iyun) "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışacaq: "Sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub".

"Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək" — deyə Qədirova qeyd edib.

Onun sözlərinə görə, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

23
Teqlər:
Sevinc Qədirova, QSC, vaqon, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, bilet, qatar, Ramazan bayramı
Əlaqədar
Ramazan bayramında havaya qalxanlara 23 kq hədiyyə
Müsəlman dünyasında Ramazan ayını əks etdirən maraqlı fotolar
Ramazan ayının təqvimi 2018
Ramazan ayı ilə bağlı fətva verildi