Donald Tramp və Kim Çen Inın görüşü

Tarixi anlaşmanın maddələri açıqlandı

235
(Yenilənib 16:01 12.06.2018)
Sənəddə rəsmi Pxenyanın nüvəsizləşdirilməyə sadiq qaldığı bir daha vurğulanır

BAKI, 12 iyun — Sputnik. ABŞ və Şimali koreya liderləri Donald Tramp və Kim Çen Inın imzaladıqları yekun sənədin mətni açıqlanıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, iki ölkə liderlərinin Birgə Bəyannaməsində tərəflərin dərin və səmimi fikir mübadiləsi apardıqlarıı bildirilir.

Sənəddə rəsmi Pxenyanın nüvəsizləşdirilməyə sadiq qaldığı bir daha vurğulanır. Mətndə tərəflərin gələcək addımlarını əks etdirən daha dörd bənd var: 

1. Birləşmiş Ştatlar və Şimali Koreya, iki ölkə xalqının davamlı sülh və rifahı üçün ABŞ – Şimali Koreya əlaqələrini inkişaf etdirmək üçün çalışacaq;

2. Birləşmiş Ştatlar və Şimali Koreya davamlı və uzunmüddətli sülh üçün güclərini birləşdirəcək;

3. 27 Aprel Panmunjom bəyanatına uyğun olaraq, Şimali Koreya Koreya yarımadasını nüvəsizləşdirmə istiqamətində çalışmalara başlayacaq;

4. Şəxsiyyəti müəyyən edilən şəxslərin ölkələrinə geri qaytarılması da daxil olmaqla, müharibə məhkumları və itkin düşənlər üçün birgə səy göstəriləcək.

Qeyd edək ki, bu gün Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, liderlər təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar.

235
Teqlər:
Koreya yarımadası, Kim Çen In, Donald Tramp, Şimali Koreya, Pxenyan, görüş, bəyannamə
Əlaqədar
Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaları dayandırdı
Donald Tramp və Kim Çen In görüşsün deyə dəridən-qabıqdan çıxırlar
Tramp qaydanı yenə dəyişdi – İftar verəcək
Donald Tramp daha bir ölkə başçısı ilə görüşmək istəyir
Donald Tramp bir daha görüşə hazır olduğunu bəyan edib
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

75
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

75
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

43
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

43
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ