Milli Məclisin iclası

Orta ali məktəblərə qəbulla bağlı ciddi dəyişiklik - Milli Məclis təsdiqlədi

3819
(Yenilənib 15:03 12.06.2018)
Beynəlxalq və respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar

BAKI, 12 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub. Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Yeni dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Qüvvədə olan qanunda qeyd olunur ki, bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

"Təhsil haqqında" qanuna ümumtəhsil məktəbləinə qəbulla bağlı da dəyişikliklər edilib. Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını ilə bağlıdır. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Digər dəyişiklik isə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Qəbul edilmiş yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Daha bir dəyişikliklə isə, maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

3819
Teqlər:
"Məktəbəqədər təhsil haqqında" qanun layihəsi, dəyişiklik, Milli Məclis
Əlaqədar
Milli Məclis üzvləri növbədənkənar toplandılar
Prezident Milli Məclis barədə sərəncam imzaladı
Milli Məclis yenidən mühüm məsələlər üçün toplandı
Milli Məclis bayraq, gerb və himn barədə qərar qəbul etdi
Milli Məclis toplandı, ciddi dəyişikliklər gözlənilir
Milli Məclis baş nazir postuna namizədi müzakirə edir

İcazələrlə bağlı vəziyyətə aydınlıq gətirildi İqtisadiyyat Nazirliyi müraciət etdi

7
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

BAKI, 5 iyul – Sputnik. Məlum olduğu kimi, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə ölkə ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələri müəyyən edilib.

Həmin sahələrdə çalışan işçilərin işə çıxması üçün icazələrin verilməsi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilən və Dövlət Statistika Komitəsinin “İqtisadi fəaliyyət növlərinin təsnifatı”na əsasən fəaliyyəti icazə verilən sahələrə uyğun şəkildə işəgötürənlərin “icazə.e-gov.az” portalına müraciəti əsasında həyata keçirilir. İcazələr həmçinin Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələri üzrə tələblər nəzərə alınmaqla verilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması, vətəndaşlarımızın infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən iyulun 5-dən etibarən Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə işə çıxarılmasına olan tələblərə əsaslanaraq bu həddi keçən qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub.

İqtisadiyyat Nazirliyi bir daha hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, icazələrin bir hissəsinin ləğv edilməsi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrdə çalışan hüquqi və fiziki şəxslər icaze.e-gov.az portalına daxil olmaqla işçi heyətinin qeydiyyatl ilə bağlı məsələləri müəyyən edilmiş qaydalar çərçivəsində yenidən tənzimləməlidirlər. İcazələrin verilməsi zamanı əmək müqaviləsi ilə çalışan işçilərin sayı və təsnifat kodu əsas götürülür. Növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürən tərəfindən əvvəlcədən portala daxil olunmalıdır.

Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətinə icazə verilməmiş sahələr üzrə sistemə müraciət edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fəaliyyətinə icazə verilən və xüsusi karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda uçotda olan və ya təsərrüfat subyekti (obyekti) həmin şəhər və rayonlarda yerləşən vergi ödəyicisinin siyahısı “icazə.e-gov.az” portalına daxil edilməsi üçün real vaxt rejimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilir. İyulun 5-i 17.00-a olan məlumata görə, artıq “icazə.e-gov.az” portalında 38.348 işəgötürən tərəfindən 453.781 işçi sayına icazə alınıb.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İşəgötürən tərəfindən portala daxil edildikdən sonra narıncı zonaya aid olan ərazidə hərəkət etmək icazəsi olan şəxslər işəgötürən tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında həmin zonanı tərk edə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi):

https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən işçi sayına məhdudiyyət tətbiq edilmiş fəaliyyət sahələrinin siyahısı ilə bu linklər vasitəsilə tanış olmaq mümkündür:

https://nk.gov.az/az/article/911/print/

https://cabmin.gov.az/media/files/a0d53995ef202836f886389f911971d3.pdf

 

7
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İdman zalı

Koronavirusla idman zalında “mübarizə” Yevlaxda reyd keçirildi

1
(Yenilənib 18:40 05.07.2020)
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

BAKI, 5 iyul – Sputnik. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib. 

Bildirilir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

1