Milli Məclis üzvləri növbədənkənar toplandılar

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin iclasının gündəliyinə 23 məsələ daxil edilib

BAKI, 12 iyun — Sputnik. Milli Məclisin növbədənkənar plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 23 məsələ daxil edilib.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Konstitusiya Qanununa ikinci səsvermədə baxılacaq.

"Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi"nə qoşulmaq haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihələrinə baxılacaq.

Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclisdə "Facebook" narazılığı: "Ailələrimizi dağıdır"

"Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirə ediləcək.

"Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Sərhəd qoşunları haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Mülki müdafiə haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Siyasi partiyalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda, Vergi, Əmək məcəllələrində dəyişikliklərə baxılacaq.

"Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişidirilməsi haqqında", "Məşğulluq haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihələrinə baxılacaq.

Xəbər lenti
0