Su kranı

Mikrorayon sakinlərinə xəbərdarlıq

161
(Yenilənib 11:45 12.06.2018)
"Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 12 iyun — Sputnik. Bakının Nəsimi rayonunda içməli suyun verilişində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar iyunun 12-si gün ərzində Nəsimi rayonu 1,2,3,4,5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

161
Teqlər:
"Azərsu" ASC, içməli su, Nəsimi rayonu, Bakı
Əlaqədar
Sabah Bakıda su qıtlığı yaranacaq
Ehtiyatınızı görün: Bu ərazilərdə su olmayacaq
Əhaliyə xəbərdarlıq: Su ehtiyatınızı hazırlayın!
Polis postu, arxiv şəkli

Paytaxtdan rayona gedənlər orada xəstəliyi artırıblar

2
Hacıyev bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

BAKI, 15 avqust — Sputnik. "Rayonlara gediş-gəlişin açılması müzakirə olunur. Lakin hələlik bu haqda qərar vermək erkən olardı. Bir çox məqamlar xırdalığına qədər, elmi nöqtəyi-nəzərdən də araşdırılır".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, ezamiyyə vərəqləri ilə rayonlara gediş-gəliş rayonlarda COVID-19-a yoluxmada müəyyən artıma səbəb olub.

 

2
Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Operativ Qərargahın mömin insanlardan gözləntisi var

2
(Yenilənib 11:41 15.08.2020)
Prezidentin köməkçisi: Möminlərdən epidemioloji vəziyyəti nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik.

BAKI, 15 avqust — Sputnik. "Qarşıdan Məhərrəm ayı gəlir. Mömin insanların hissləri və inanclarına hörmətlə yanaşırıq. Bu kimi mərasimlər hər zaman ölkəmizdə keçirilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildiirb ki, hazırkı vəziyyətlə əlaqədar oaraq digər müsəlamn ölkələrinin də təcrübəsi öyrənilir: "Biz qarşıdakı ayda kütləviliyə yol verilməməsi üçün insanlara səslənirik. Mömin insanlarımızın, vətəndaşlarımızın bu qaydalara ciddi şəkildə riayət edəcəyini gözləyirik".

 

2