Dövlət İmtahan Mərkəzinin binası

Dövlət İmtahan Mərkəzi tender elan edir

44
(Yenilənib 16:01 11.06.2018)
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq

BAKI, 11 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının satın alınması ilə əlaqədar açıq tender elan edir. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tender 2 (iki) lot üzrə aparılır:

Lot-1. Dəftərxana ləvazimatlarının satın alınması;

Lot-2 Təsərrüfat mallarının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot-1. 80 manat;

Lot-2. 80 manat.

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi (VÖEN: 1304673921)

Bank: "Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod: 507699

VÖEN(bank): 9900006111

SWIFT: AZRTAZ22

M/h: AZ02NABZ01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət;

tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Dövlət İmtahan Mərkəzi
© Sputnik / Murad Orujov

iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 17 iyul 2018-ci il saat 17:00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 2 avqust 2018‑ci il saat 17:00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Təklif zərfləri 3 avqust 2018‑ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakı ilə bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs: İlham Əliyev

Telefon: 502-47-53/56/58, daxili 144

Faks: 465-87-96, 502-47-22

E-mail: i.aliyev@dim.gov.az

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Muşfiq küçəsi, 1M

44
Teqlər:
iştirak, DİM, Dövlət İmtahan Mərkəzi, publik hüquqi şəxs, Azərbaycan Respublikası, tender
Əlaqədar
DİM-dən tələbələrə ingilis dilində təhsillə bağlı vacib xəbər
DİM son imtahanların gözlənilməz nəticələrini açıqladı
DİM qəbul imtahanlarının nəticəsini açıqladı
DİM abituriyentlərə müraciət etdi
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

1
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

1
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

7
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

7