Bakıda №132-134 saylı təhsil kompleksi

Birinci sinfə qəbulla bağlı xəbərdarlıq

497
(Yenilənib 10:43 11.06.2018)
Yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər

BAKI, 11 iyun — Sputnik. Bakının ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər.

I sinfə qəbul prosesində 14 iyun tarixinədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-nə kimi məktəbə təqdim olunmadığı halda, həmin sorğu sistemdən silinəcək. 

Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 15-dən start veriləcək. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti 20 iyun 2018-ci ildən 18 sentyabr 2018-ci ilə (iyul ayı istisna olmaqla) qədər davam edir.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

I sinfə şagird qəbulu üçün valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi, xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiq edilmiş)), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) "Şəxsi kabinet"indən çap olunmuş "Ərizə"si valideyn (qanuni nümayəndə) tərəfindən məktəbə təqdim edilməlidir.

Ümumilikdə, 2018-2019-cu tədris ili üçün bu günədək I sinfə qəbul üzrə 42 325 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatİk I sinfə qəbul üzrə qeydə alınıb.

497
Teqlər:
birinci sinif, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, qəbul
Əlaqədar
Qəbul imtahanının nəticələrinin açıqlanacağı vaxt bilindi - RƏSMİ
Müəllimlərin nəzərinə: Nazirlik işə qəbul qaydalarını dəyişdi
Bu gün iki ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
DİM qəbul imtahanlarının nəticəsini açıqladı
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

136
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

136