Sürücülərə xəbərdarlıq edilir

© Sputnik / Anar MustafayevBakı şəhərinə giriş. Arxiv şəkli
Bakı şəhərinə giriş. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Daha bir yolda hərəkət məhdudlaşdırılır

BAKI, 8 iyun — Sputnik. Bu gün axşam saatlarından başlayaraq təmir məqsədi ilə daha bir yolda hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0