Rusiyanın yeni səfiri Azərbaycana gəldi

© Sputnik / Bolat ShaykhinovMixail Boçarnikov
Mixail Boçarnikov - Sputnik Azərbaycan
Abunə olmaq
M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq

BAKI, 8 iyun — Spuntik. Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov Bakıya gəlib. Spuntik Azərbaycan-a bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Qeyd olunub ki, M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib. O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub.

Xəbər lenti
0