Prezidentdən mühüm kadr dəyişikliyi: Bir məmur getdi, yerinə başqası gəldi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı daha bir rayonun rəhbərini dəyişib

BAKI, 7 iyun — Sputnik. Prezident İlham Əliyev daha bir rayonun icra başçısını dəyişib. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

İlham Əliyev Tofiq Məhəmmədəli oğlu Zeynalovu Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin daha bir sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Tofiq Zeynalov Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşıdır.

Xatırladaq ki, prezident İlham Əliyev Raqub Allahverdi oğlu Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsinə qərar verib. Dövlət başçısının dünən imzaladığı digər bir sərəncamla Elxan Şamil oğlu Allahverdiyevi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Xəbər lenti
0