Maliyyə yoxlaması. Arxiv şəkli

Qanuna dəyişiklik edildi, üçün peşəkarlıq sertifikatı tələb olunacaq

443
(Yenilənib 11:28 07.06.2018)
Forması Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq

BAKI, 7 iyun — Sputnik. "Mühasibat uçotu haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "peşəkar mühasib sertifikatı" veriləcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb.

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2018-ci il tarixli Fərmanına əsasən müvafiq qanunun bəzi maddələrinin icrasının təmin edilməsi Dövlət İmtahan Mərkəzinə həvalə edilib.

Qanunda nəzərdə tutulan məsələlərin icra edilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər paketinin hazırlanmasına, həmçinin digər aidiyyatı orqanlarla əməkdaşlıq üçün birgə müzakirələrə başlanılıb. Burada əsas məqsəd beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsidir.

Xatırladılır ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının illik maliyyə hesabatlarını dərc edən şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi də qanunda öz əksini tapıb.

"Mühasibat uçotu haqqında"da qanuna edilmiş dəyişikliklərə əsasən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçənlərə "Peşəkar mühasib" səviyyəsinə uyğunluğunu təsdiq edən sənəd – sertifikat veriləcək. Forması Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunacaq peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş il olacaq.

Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdırlar. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmayacaq.

443
Teqlər:
"Mühasibat uçotu haqqında" qanun, DİM, sertifikat, dəyişiklik, Dövlət İmtahan Mərkəzi, peşəkar
Əlaqədar
Direktorların, müavinlərin və mühasiblərin maaşı artırıldı
Ekspert “qara mühasibatlıq”la mübarizənin yolunu göstərdi
Şirkətlərdə mühasibatlıq problemləri müzakirə olunub
Universitetin baş mühasibini İnterpol axtarır
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı