Peykdən görüntülər

Azərbaycanda ciddi nəzarət sistemi yaradılır - Rəsmi açıqlama

341
(Yenilənib 14:18 06.06.2018)
"Baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq"

BAKI, 6 iyun — Sputnik. "Hazırda torpaqlara nəzarət müfəttiş vasitəsilə aparılırsa, gələcəkdə bu işin də elektron səviyyəyə gətirilməsi ilə bağlı addımlar atılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisdə "Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı" təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı xarici təcrübə öyrənilib, Sloveniya şirkəti ilə sənəd də imzalanıb: "Onlar bizə bu torpaqlara peyklə nəzarətlə bağlı sistem hazırlayacaqlar. Bununla da bütün torpaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq".

R.Cəlilov bildirib ki, Azərbaycanda Vahid Torpaq Fondu Məlumat Bazası canlı və işlək olacaq: "Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilir, qeydiyyat aparılırsa, bu zaman kadastr xəritəsində də əks olunur".

Sədr müavini əlavə edib ki, Azərbaycanda əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq var: "Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanları da bundan istifadə edəcək, Vahid Topaq Fondunun fəaliyyəti, torpaq balansı düzgün şəkildə həyata keçiriləcək".

341
Teqlər:
Rafiq Cəlilov, sədr müavini, elektron, Əmlak Məsələləri Dövlət Komitəsi, nəzarət, peyk, torpaq
Əlaqədar
Torpaqların əkinə yararlılığını öyrənməyə şərait yaradan xəritələr hazırlanıb
ABŞ yeni xəritə çəkdi: İsrailə əlavə torpaqlar, Fələstinə isə kiçik ərazili dövlət
Yer yarıldı, torpaq çinliləri uddu
Lənkəranlılar Torpaq çərşənbəsini özünəməxsus qaydada qeyd etdilər

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

869
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

869
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

673
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

673