Yeni nazir vətəndaşların qarşısına çıxacaq

© Photo : DSMF mətbuat xidmətiAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbula yazılmaq istəyən vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə müraciət etməlidir

BAKI, 4 iyun — Sputnik. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 22 iyun da Şirvan şəhərində bu şəhərin və Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Spuntik Azərbaycan-a məlumat verilib.

Məlumatda qeyd olunur ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və əlaqə telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) və 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq 15.06.2018-ci il tarixinə kimi qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Xəbər lenti
0