CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdan Qazax qonaq gedən məktəbli çayda boğuldu - FOTOLAR

© Sputnik / Ilham MustafayevElnar Mustafayevin cəsədinin axtarışı aparılan ərazidə post-patrul xidməti və təcili yardım avtomobili
Elnar Mustafayevin cəsədinin axtarışı aparılan ərazidə post-patrul xidməti və təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Onun cəsədi restoranlardan birinin ətrafında yaradılmış süni göldə tapılıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Qazaxda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində məktəbli boğulub.

© Sputnik / Ilham MustafayevElnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub
Elnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub - Sputnik Azərbaycan
Elnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub

Yol kənarından keçən şəxslərdən biri çayın sahilində 13-14 yaşlı oğlana aid paltarlar, eləcə də mobil telefon aşkar edib. Dərhal göldə axtarışlara başlanılıb.

Bir müddət sonra restoranların birinin ətrafında yaradılmış süni göldən 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayevin cəsədi çıxarılıb.

© Sputnik / Ilham MustafayevMəktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur
Məktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur - Sputnik Azərbaycan
Məktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur

İlkin məlumata görə, Elnar Mustafayev Bakı şəhərində yaşayırmış və Qazaxa qonaq gedib. Onun həmyaşıdları ilə çayda çimən zaman batdığı, hadisədən dərhal sonra digər uşaqların qorxaraq olay yerindən qaçdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0