Bakı Dairəvi-1 yolu

Sürücülərin nəzərinə: Dəyişiklik var!

920
(Yenilənib 19:18 29.05.2018)
Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb

BAKI, 29 may — Sputnik. Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişiklik edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Moskva prospektinin "Şamaxinka" deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi üçün Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının razılığı ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər olunub. Artıq həmin avtomobillərin "Şamaxinka" ərazisinə daxil olmadan Biləcəri-Sumqayıt istiqamətində rahat və təhlükəsiz hərəkət edə bilərlər.

Yenidənqurma işləri çərçivəsində Bakı Dairəvi-1 avtomobil yolunun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsi işləri aparılıb. Bununla da əsas yoldan köməkçi yola yeni keçid hissə açılıb.

Əsas yoldan yan yola keçid kimi hazırda istifadə olunan hissədə aparılan müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn avtonəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edirlər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılıb.

920
Teqlər:
Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası, "Şamaxinka", Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi, Yeni Yasamal
Əlaqədar
Sürücülərin nəzərinə: Bu saatlardan etibarən...
Sürücülərin nəzərinə: Bu yol da bağlanacaq
Sürücülərin nəzərinə: Paytaxtın bu yolu təmir edilir
Sürücülərin nəzərinə: Bu yol bağlı olacaq

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

13
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

13
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Atatürkün Naxçıvanla bağlı arzusu həyata keçirilir - TBMM-in spikeri

16
Mustafa Şentop: "Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi".

BAKI, 28 noyabr - Sputnik. Qardaş Azərbaycanın Qarabağ və digər işğal altında olan bölgələri birmənalı  hərbi qələbə ilə geri almasından sonra ölkəmiz və Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa quru yolu və dəmiryolu əlaqələrinin təmin olunması imkanı yaranıb. 

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O, bu məsələdə Mustafa Kamal Atatürkün Naxçıvanla bağlı mövqeyini də yada salıb:

"Dövlətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Naxçıvan sərhəd qapısına verdiyi əhəmiyyət və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi cəhd illər sonra səmərəsini verdi. Ölkə olaraq bunun sevincini yaşayırıq".

TBMM-in spikeri onu da qeyd edib ki, məqsəd Orta Asiyadakı türk cümhuriyyətləri ilə əlaqələri daha da genişləndirməkdir:

"Tarixi İpək Yolunu daima birlikdə canlandıracaq, Orta Asiyada yaşayan qardaşlarımızla iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimizi təkmilləşdirəcəyik. Ölkəmizdə həyata keçirdiyimiz kommunikasiya investisiyalarını və bu mövzudakı podratçı təcrübəmizi Orta Asiyaya daşıyacağıq". 

16
Teqlər:
Naxçıvan, Mustafa Kamal Atatürk, Atatürk, Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisi, Orta Asiya