Sanksiyalar

Vaşinqtonun yeni planı: "Asiya baharı" ssenarisi “ölməyə növbəti namizəd”

639
(Yenilənib 17:11 26.05.2018)
Türkmənistana hədə gələn Vaşinqton digər Orta Asiya ölkəsinə, bölgənin ən mühüm oyunçusu olan Özbəkistana əl uzadıb

BAKI, 26 may — Sputnik. Yaxın Şərqin ardınca deyəsən Orta Asiyanın da fitili çəkilir. İndiyə qədər sanki diqqətdən kənarda qalan bölgədə ciddi proseslər başlamaqdadır və bütün bunların arxasından üçüncü tərəfin silueti görünür.

ABŞ hökuməti Türkmənistandan bütün pambıq məhsullarının idxalını qadağan edib.

Rusiya Dövlət Duması
© Sputnik / Владимир Федоренко
 İnsan haqları fəalları bu ölkəni uşaq əməyinin istismarında və əməyə məcbur etmədə günahlandırırlar. ABŞ qanunları qul və ya uşaq əməyi ilə istehsal olunmuş malların idxalını qadağan edir. Vurğulayaq ki, Əmək Haqları Beynəlxalq Forumunun direktoru Erik Gottwald ABŞ Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin qərarını alqışlayıb.

Türkmənistana hədə gələn Vaşinqton digər Orta Asiya ölkəsinə, bölgənin ən mühüm oyunçusu olan Özbəkistana əl uzadıb. ABŞ prezidenti D.Tramp özbəkistanlı həmkarı Ş.Mirziyoyevin bu ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş ambisiyalı islahat proqramını yüksək qiymətləndirərək, vicdan məhbuslarının azad edilməsini, sistemli uşaq əməyinin aradan qaldırılmasını, habelə icbari əməyin azaldılmasında böyük irəliləyiş olduğunu qeyd edib.

ABŞ bəyan edir ki, Vaşinqton bölgədə təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə can atır. Birləşmiş Ştatların başlıca məqsədi Xəzər sahilində, İranla Rusiyaya bitişik ərazilərdə öz maraqlarının yeridilməsi üçün şəraitin yaradılmasıdır. Bu gün Rusiya Mərkəzi Asiyadan neft və qaz nəqlində inhisara malik deyil və Vaşinqton bu amildən istifadə etmək niyyətindədir.

ABŞ-ın hədəfində yalnız Orta Asiya deyil. Əfqanıstan, Pakistan və Hindistanı bir siyasi müstəvidə birləşdirməyə nəzərdə tutan ABŞ Ümumdünya Bankı və Avropa Yatırım Bankının vəsaitləriylə Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistanı birləşdirəcək beynəlxalq layihəni işə salmaq istəyir. Görünür, bu məsələdə Özbəkistana xüsusi rol ayrılıb. Özbəkistan prezidentinin Orta Asiya ölkələrinin yeni ittifaqının yaradılmasına çalışması və bunun ardından Trampın təşəkkürünü alması da təsadüfü deyil. Tacikistan prezidenti Emomali Rahmon da etiraf edir ki, Özbəkistan prezidenti həm öz ölkəsində, həm də Orta Asiyanın digər respublikalarında o dərəcədə populyarlaşıb ki, istənilən siyasətçi ona həsəd apara bilər.

Mirziyoyevin qısa hakimiyyəti dövründə Daşkəndlə Düşənbə arasında əvvəl soyuq olan münasibətlər dostluğa çevrilib və bu məsələdə də Vaşinqtonun Orta və Mərkəzi Asiyaya yönəlik siyasi kursunun izləri görünür. Mirziyoyev Qırğızıstanla da sıx münasibətlər qurur.

İslam Kərimovun şübhəli ölümündən sonra Mirziyoyevə "stavka" edilməsinin səbəbi indi anlaşılır. 

Bölgənin iki əsas fiquru olan Nazarbayev və Kərimov dəngələri qoruyub saxlaya bilirdi. Nazarbayevlə müqayisədə daha zəif olan Kərimovun ölümü ilə Özbəkistanda yeni mərhələ başladı. Bütün bunlar bölgədə "domino effekti"nə səbəb ola bilərmi?

Görünən budur ki, Vaşinqton "Asiya baharı" ssenarisi mövcuddur. Odur ki, sual yaranır — "ölməyə növbəti namizəd Nazarbayevdirmi?" Özbəkistanın ardınca Qazaxıstan da nəzarətdən çıxarsa, o zaman, Orta Asiyada xaosun yaşanacağı qaçılmazdır. Bu gün Mirziyoyevi qəhrəman ranqına qaldıran Qərb Qazaxıstanda demokratik alternativ kimi yeni namizədin peyda olmasını arzulayır və bu plan üçün ən böyük maneə məhz Nazarbayevdir. Nazarbayevin ölümündən sonra "beynəlxalq ictimaiyyətin dəstək verəcəyi lider" millətçi və anti-Rusiya şüarları ilə çıxış edə bilər. Bu isə Qazaxıstandan alovlanacaq xaosun bütün Mərkəzi Asiyanı öz ağuşuna alması anlamına gəlir. Istənilən halda, bölgənin iki mühüm oyunçusundan birinin həyatdan getməsi son on illər boyunca formalaşmış siyasi kursu zədələdi. Bir sözlə, ABŞ Orta və Mərkəzi Asiyada yeni planlar hazırlayır və görünən budur ki, Asiyanın qan gölünə dönəcəyi günə çox qalmayıb…

639
Teqlər:
siyasət, Vaşinqton, ABŞ, Orta Asiya, Yaxın Şərq
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA