Ronaldinyo

Ulduz futbolçu iki qadın ilə bir gündə evlənir, özü xristiandır...

60
(Yenilənib 02:13 25.05.2018)
Toyun avqust ayında baş tutacağı deyilir

BAKI, 25 may — Sputnik. Dünyanın ən məşhur futbolçularından olan Ronaldinyodan yeni xəbər var.

Futbol karyerasını başa vuran 38 yaşlı futbolçu artıq evlənmək qərarına gəlib. Braziliyalı ulduzun verdiyi qərar isə hamını təəccübləndirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Ronaldinyo iki sevgilisi ilə bir gündə evlənəcək.

Dekabr ayından bu günə kimi futbolçu iki sevgilisi ilə bir yerdə yaşayır. O, bir neçə ay ərzində seçim edə bilməyib və qərara gəlib ki, hər iki sevgilisi ilə münasibətləri rəsmiləşdirsin. Toyun avqust ayında baş tutacağı deyilir.

60
Teqlər:
ikiarvadlılıq, evlənmək, Ronaldinyo, xristian, futbolçu
 Pandemiya zamanı imtahan

DİM imtahanların vaxtını dəyişdi

3
(Yenilənib 10:53 16.06.2021)
İyulun 1-də keçiriləcək imtahanda sıxlığın yaşanmaması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən addım atılıb.

BAKI, 16 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz tərəfindən bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

3
Təcili yardım avtomobili

Sabiq deputat İbrahim İbrahimli dünyasını dəyişib

27
(Yenilənib 10:44 16.06.2021)
Milli Məclisin (keçmiş Ali Sovet) sabiq istiqlalçı deputatı İbrahim İbrahimli xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

BAKI, 16 iyun — Sputnik. Milli Məclisin (keçmiş Ali Sovet) sabiq deputatı İbrahim İbrahimli dünyasını dəyişib. Bu barədə onun kürəkəni, tanınmış politoloq Toğrul İsmayıl öz Facebook səhifəsində məlumat verib. 

"Dəyərli dostlar. Üzülərək bildirmək istəyirəm ki, ailəmizin əzizi və böyüyü, qaynatam, istiqlalçı millət vəkili, tanınmış ictimai xadim İbrahim İbrahimli bugün vəfat etmişdir.
Allah rəhmət eləsin! Bütün sevənlərinin, dostlarının və qohumlarının başı sağ olsun", - Toğrul İbrahimli yazıb.

T.İsmayılın sözlərinə görə, İ.İbrahimlidə xərçəng xəstəliyi aşkarlanıb.

Qeyd edək ki, İbrahim İbrahimli 90-cı illərdə Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib. Daha sonra Müsavat Partiyasına üzv olub. Bir müddət partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri olub. 5 may 2015-ci ildə Müsavat Partiyası sıralarından istefa verib.

İbrahim İbrahimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Babək rayonundan – 341 nömrəli Leninabad seçki dairəsindən deputat seçilib 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Katibliyi tərkibinə seçilib.

O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

27