UEFA Çempionlar Liqasının kuboku

Onu da əlimizdən alırlar: Final başqa qitədə keçirilə bilər

441
(Yenilənib 04:03 24.05.2018)
Final Nyu-York, Mayami və ya Dohada keçirilə bilər

BAKI, 24 may — Sputnik. UEFA Çempionlar Liqasının final oyunlarını başqa qitələrdə keçirmək imkanını nəzərdən keçirir. Bu barədə Sputnik Azərbaycan Son Dakika-ya istinadən xəbər verir.

Buna səbəb adətən balaca ölkələrə verilən final oyunlarında təşkilatı işlər zamanı yaşanan problemlərdir. Final oyunlarının Amerika və Asiya qitəsində keçirilməsi nəzərdən keçirilir. Lakin UEFA rəsmiləri bu anlamda ən böyük əngəlin saat fərqi olduğunu bildirib.

Çempionlar Liqasının finalının keçirilməsinə ən real namizəd ABŞ-ın Nyu-York şəhəridir. Digər namizədlər siyahısında isə Mayami və Qətərin paytaxtı Dohanın adları var.

441
Teqlər:
qitə, UEFA, Çempionlar Liqası, final