Şəhid olan əsgər Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub

Şəhidin mükafatı ailəsinə təqdim edilib

62
(Yenilənib 13:59 23.05.2018)
Medalı müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəxsən təqdim edib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 23 may — Sputnik. Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov "Şücaətə görə" medalı ilə təltif olunub.

  • Şəhid hərbçinin  “Şücaətə görə” medal ailəsinə təqdim edilib
    Şəhid hərbçinin “Şücaətə görə” medal ailəsinə təqdim edilib
    © Sputnik / Ilham Mustafa
  • Şəhid olan əsgər Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub
    Şəhid olan əsgər Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub
    © Sputnik / Ilham Mustafa
  • Şəhid olan əsgər Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub
    Şəhid olan əsgər Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəhid hərbçinin “Şücaətə görə” medal ailəsinə təqdim edilib

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, medal bu gün, şəhidin üç mərasimində, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhidin ailəsinə təqdim olunub. Medalı Adil Tatarovun atası Əli Tatarova müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəxsən təqdim edib.

Qeyd edək ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

62
Teqlər:
Adil Əli oğlu Tatarov, şəhid
Əlaqədar
XİN əsgərimizin şəhid olmasına münasibət bildirdi
Erməni təxribatı nəticəsində əsgərimiz şəhid olub
Prezident müharibə əlilləri və şəhid ailələrini sevindirdi
Əsgərlərin şəhid olduğu təpə belə alındı – FOTOLAR
Şəhid olandan 2 ay sonra əkiz oğlanları dünyaya gəlib... - REPORTAJ
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

4
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

4
Teqlər:
neft, OPEK, OPEC
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

19
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

19