AYDA yolları bağlaya-bağlaya gedir

© Sputnik / Anar MustafayevЗапрещающий знак дорожного движения и красный свет светофора, фото из архива
Запрещающий знак дорожного движения и красный свет светофора, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rənglənmə ilə əlaqədar 2 yolda hərəkət məhdudlaşdırılacaq

BAKI, 23 may — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu 23 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0