Youthvision-2017 mahnı müsabiqəsi, arxiv şəkli

Bakıda daha bir mahnı müsabiqəsi keçiriləcək

57
"Youthvision 2018" Beynəlxalq mahnı müsabiqəsi keçirəcək

BAKI, 22 may — Sputnik. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production ilə birgə Bakı şəhərində 25 may 2018-ci il tarixdə "Elektra Events Hall"-da "Həmişə gənc" şüarı altında "Youthvision 2018" Beynəlxalq mahnı müsabiqəsi keçirəcək.

İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Youthvision" Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilib. Müsabiqə14-35 yaş arası gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzv dəvət olunur.

Müsabiqədə bu il ümumilikdə 23 ölkənin – Azərbaycan, ABŞ, Litva, Xorvatiya, Rumıniya, Pakistan, Türkiyə, Uqanda, Latviya, Rusiya, Serbiya, İran və bir sıra digər dövlətlərin 60-a yaxın iştirakçı, münsif və onları müşayiət edən nümayəndələrin gəlişi gözlənilir. Xatırladaq ki, ötən il keçirilən "Youthvision 2017" Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Gürcüstan (109 xal), 2-ci yer Qırğızıstan (100 xal), 3-cü yer isə Moldova (97 xal) təmsilçiləri tutublar.

Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Əsasnaməyə görə beynəlxalq münsiflər heyəti tərəfindən ən çox bal toplamış ilk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılır: I yer 3000 ABŞ dolları, II yer 2000 ABŞ dolları və III yer üçün 1000 ABŞ dolları məbləğində mükafat verilir.

Qeyd edək ki, 20-26 may tarixlərində Bakıda olacaq qonaqlar şəhərin müxtəlif görməli yerlərini, tarixi abidələrini ziyarət edəcək, onlara Azərbaycan tarixi, mədəniyyəti haqqında ətraflı məlumat veriləcək. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçiriləcək.

57
Teqlər:
mahnı, müsabiqə, Qızıl Qala production, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Gənclər və İdman Nazirliyi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc

Vüqar Oruc: “Əmlak bazarında durğunluğa əsas yoxdu”

3
(Yenilənib 16:05 03.12.2020)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyir ki, əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar
Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

“Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq”, – deyə o bildirib.

Vüqar Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3
Təqvim, arxiv şəkli

Gələn ilin bayram günləri müəyyənləşdi: Beş gün Novruzu qeyd edəcəyik

12
2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib

BAKI, 5 dekabr - Sputnik. Gələn ilin bayram günləri müəyyənləşib. 

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib.

Qərara əsasən, yuxarıda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

12
Teqlər:
Nazirlər Kabineti, Ramazan bayramı, Qurban bayramı, Novruz bayramı, gələn il, bayram günləri