Həcc ziyarəti, arxiv şəkli

Ulduz futbolçu Kəbədən milyonlara səsləndi - VİDEO

87
Möhtəşəm bir yerdir, durğularımı sizinlə bölüşə bilmirəm. İnşallah bura gələrsiniz

BAKI, 22 may — Sputnik. İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Pogba (Paul Pogba) Ümrə ziyarətinə gedib. Bu barədə Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir.

Fransız futbolçu Instagram sosial şəbəkəsində Kəbədə çəkdiyi videonu izləyiciləri ilə paylaşaraq yazıb: "Sadəcə buralara gələnlər nələri hiss etdiyimi anlaya bilər. Buranı görməmisinizsə, bir gün mütləq gəlin. Möhtəşəm bir yerdir. Durğularımı sizinlə bölüşə bilmirəm. İnşallah bura gələrsiniz".

 

A post shared by Paul Labile Pogba (@paulpogba) on May 21, 2018 at 1:42pm PDT

 

Pogbanın bu paylaşımı izləyiciləri tərəfindən 3,5 milyon dəfə izlənilib, videoya 37 mindən çox şərh gəlib.

87
Teqlər:
Pol Pogba, Kəbə, Ümrə, Məkkə, futbol, müraciət
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

8
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

8
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

165
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

165
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi