Onun 3 ay vaxtı qalıb, müqəddəs Ramazanda yardımımızı əsirgəməyək!

© Sputnik / Evghenii PanasencoБольница
Больница - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər ona 3 ay müddət təyin ediblər və bu müddətdə təcili qara ciyər transplantasiya edilməli olduğunu bildiriblər

BAKI, 22 may — Sputnik. Quliyeva Vüsalə Nüsrət qızı 1978-ci ildə Tovuz rayonunda anadan olub. Hazırda Qazax şəhərində yaşayır. Ailəlidir, 2 övladı var.

Orta məktəbdə müəllim olan V.Quliyeva qaraciyər serrozundan əziyyət çəkir. Həkimlər ona 3 ay müddət təyin ediblər və bu müddətdə təcili qaraciyər transplantasiya edilməli olduğunu bildiriblər. Lakin bu əməliyyat üçün yüksək məbləğdə vəsait tələb olunur ki, bu da Quliyevlər ailəsinin imkanı xaricindədir.

Vüsalə xanımın əməliyyatı üçün lazım olan vəsaitin toplanmasına görə yardım kampaniyası başladılıb. Bu müqəddəs Ramazan ayının fəzilətindən yararlanıb V.Quliyevaya kömək edək!

Bank hesab nömrəsi:

AZ24IBAZ33801019446118766254

Azərbaycan Respublikası Beynəlxalq Bankının Qazax filialı

Xəbər lenti
0