Təcili tibbi yardım

Binəqədi faciəsində xəsarət alanlardan biri dünyasını dəyişib

60
(Yenilənib 10:19 22.05.2018)
Hazırda mərkəzdə müalicəsi davam etdirilən digər yaralının vəziyyəti isə ağır olaraq qalır

BAKI, 22 may — Sputnik. Dünən Binəqədi rayonu Əhməd Rəcəbli küçəsi 304 ünvanında, avtomobil servis xidmətinin yaxınlığında yerləşən çayxana-kafedə baş verən partlayış zamanı xəsarət alanlardan biri gecə saatlarında dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov məlumat verib. O bildirib ki, hadisə zamanı bədəninin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib.

"Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb" — deyə həkim vurğulayıb.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərən) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılılmışdı.

60
Teqlər:
Respublika Yanıq Mərkəzi, xəsarət alanlar, partlayış, Əhməd Rəcəbli küçəsi, Binəqədi
Əlaqədar
Bakıda partlayış zamanı ölən və yaralananların adları bilindi
Bakıda güclü partlayış: Ölən və yaralananlar var
Bakıda güclü partlayış baş verib, sakinlər təlaş içindədir
Bakıda partlayış: divarlar, arakəsmələr, qapı və pəncərələr dağıldı
Bakıda zavodda partlayış: ölən və yaralanan var
Bakıda güclü partlayış olub: şəhər qara tüstüyə bürünüb