Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov

Xəzərin statusu ilə bağlı xüsusi toplantı başlayır

47
(Yenilənib 10:20 21.05.2018)
İclas zamanı Konvensiya layihəsi ilə bərabər xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin müzakirəsi nəzərdə tutulur

BAKI, 21 may — Sputnik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər xəzəryanı dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

47
Teqlər:
Xüsusi İşçi Qrupu, Xələf Xələfov, Xəzər dənizi, Zirvə toplantısı, Konvensiya, Astana, Qazaxıstan
Əlaqədar
"Xəzər regionu: gələcəyin obrazları"
Gənclər Xəzər regionunun gələcəyini necə görür
Xəzər cəlb edir: Vaşinqton Bakıya təzyiq etmək üçün Yerevanla "oynayır"
Xəzər dənizində Azərbaycana yönəlik böyük cinayətin qarşısı alınıb
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Yeni reallıqlar regional əlaqələrin dərinləşməsini zəruri edir”

4
(Yenilənib 10:16 23.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır
Elşad Məmmədov: “İranla iqtisadi əlaqələrimizdə qeyri-neft sektorunun böyük payı olacaq”

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.

Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:

“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.  

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Cəlil Cavanşir, yazar

Müsabiqələri boykot edən Cəlil Cavanşir: Həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər

12
(Yenilənib 00:23 23.01.2021)
Elçin Mirzəbəyli: "Dostum Rəşad Məcid şeirimin bir hissəsini sosial şəbəkədə paylaşmışdı. Rəylərin birində bir nəfər Mədəniyyət Nazirliyinin yeni müsabiqə təşkil etdiyini dedi. Məsləhət gördülər ki, həmin şeir müsabiqədə iştirak etsin".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.

Müsabiqəyə 321 əsər təqdim edilib. Sözügedən müsabiqədə Sputnik Azərbaycan-ın köşə yazarı Cəlil Cavanşir "Nostalgiyanın sonu: Biz qayıdırıq" əsəri ilə qaliblər sırasındadır. Əməkdaşımız təəssüratlarını bizimlə bölüşüb:

"Əslində bu yazını müsabiqə üçün yazmamışdım, Sputnik Azərbaycan üçün yazmışdım. Şuşa zəfərindən bir neçə gün sonra yazdım, göndərdim. Yazının çapı ləngidi. Bir müddət sonra müsabiqə ilə bağlı elan gördüm. Bəxtimi sınamaq qərarına gəldim. Yazının keyfiyyətindən əmin idim. Yazıda dünya ədəbiyyatı və mifologiya ilə bağlantı qurduğuma görə düşündüm ki, yer tuta bilər. Müsabiqənin şərtləri də məni qane etmişdi".

"Əvvəlki müsabiqələrdə yazının müəllifi bəlli olduğundan həmişə ən yüksək yerləri tanış-bilişə verirdilər", - deyir yazar. Bu dəfə isə yazılarda müəllifin adı qeyd olunmadığından, onu rahat şəkildə müsabiqə təqdim edib. 

"On il bundan qabaq "Milli kitab" müsabiqəsi keçiriləndə müsabiqədə mükafatları tanış-bilişə verəndə mən Azərbaycanda keçirilən müsabiqələri boykot eləmişdim. Məndə bir ruh düşkünlüyü yaranmışdı ki, ümumiyyətlə Azərbaycan ədəbi mühitində tapşırıq, tanışlıq işə keçir. 2020-ci ildən etibarən bir az fikrimi dəyişdim. Ümumiyyətlə, müsabiqələr yaradıcı insan üçün stimuldur, motivasiyadır. Udsaq da, uduzsaq da mütləq müsabiqələrdə iştirak etməliyik".

Müsabiqənin qaliblərindən biri də Əməkdar jurnalist, şair Elçin Mirzəbəylidir.

VII съезд азербайджанских журналистов
© Sputnik / Murad Orujov
VII съезд азербайджанских журналистов

Mirzəbəyli "Azərbaycan əsgəri" şeiri ilə müsabiqəyə qatılıb:

"Bu əsərin yaranma tarixi 44 günlük müharibə dövrünə təsadüf edir. Ən təsirli məqam Prezident İlham Əliyevə "Şuşaya nə qədər yaxınsınız?" sualı veriləndə Ali Baş Komandanımızın "Şuşaya bir nəfəs qədər yaxınıq" deməsi olmuşdur. Şeir Azərbaycan əsgərinə həsr olunub. Elə şeirin ilk misrası da belə başlayır: "Sən böyük qələbəyə bir nəfəs qədər yaxın". Şeir noyabrın 6-7-si gecə saatlarında ərsəyə gəlib. 1-2 gündən sonra qələbəyə bir nəfəs qədər yaxın olduq".

Həmsöhbətimiz deyir ki, ömründə ilk dəfədir müsabiqədə iştirak edir: "Müsabiqənin keçirilməyindən ümumiyyətlə xəbərim yox idi. Dostum Rəşad Məcid mənim şeirimin bir hissəsini sosial şəbəkədə paylaşmışdı. Rəylərin birində bir nəfər Mədəniyyət Nazirliyinin yeni müsabiqə təşkil etdiyini dedi. Məsləhət gördülər ki, həmin şeir müsabiqədə iştirak etsin. Mən də şeiri müsabiqəyə göndərdim".

Əməkdar jurnalist bu tipli müsabiqələrin çox olmasını arzuladığını dedi:

"Vətən müharibəsi mövzusunda kino ssenarilərinin, dramaturji əsərlərin yaranmasını arzu edirəm. Çünki buna çox ehtiyac var. Azərbaycanın "Azadlıq marşı"nı yazanda mənim 21 yaşım var idi. Düşünürəm ki, bu gün marşlarla, elmi-publisistik əsərlərlə, bədii əsərlərlə dünya arenasına çıxacaq istedadlı gənclərimiz var. Yetər ki, yaratsınlar, çox potensiallı gənclərimiz var".

Qeyd edək ki, müsabiqədə "Peşəkar yaradıcı şəxslər" kateqoriyası üzrə 50, "Həvəskar yaradıcı şəxslər" kateqoriyası üzrə 193, "10-15 yaş arası uşaqlar" kateqoriyası üzrə 25 əsər iştirak edib. 268 əsərdən 67-si esse janrı üzrə, 75-i hekayə janrı üzrə, 126-sı poeziya janrı üzrə iştirakçı olub.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün təqdim olunan bütün əsərlər və onların müəllifləri xüsusi ştrix ilə şifrələnib.

Komissiyanın 9 üzvü tərəfindən 268 əsərin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və mətnlərə müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq qiymət verilib.

53 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün (bir müəllifin bir neçə janr və müxtəlif kateqoriya üzrə göndərdiyi əsərlər, məqalələr, publisistik yazılar, rus dilində olan ədəbi mətnlər və s.) qəbul olunmayıb.

12