Ermənistan parlamenti

Ermənistan Türkiyəyə qarşı oynanılan oyunun əleyhinə çıxdı: Bizdən istifadə etməyin

852
(Yenilənib 12:35 18.05.2018)
"İsrail Türkiyə ilə yaranan mürəkkəb geosiyasi oyunda erməni soyqrımının tanınması məsələsində spekulyasiyalarını yolverilməz hesab edirəm"

BAKI, 18 may — Sputnik. Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan İsrailin Türkiyə ilə kəskinləşən münasibətlərində "ermənilərin soyqrım kartından" istifadə etməsini pisləyib. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri öz Facebook səhifəsində yazıb.

"İsrail Türkiyə ilə yaranan mürəkkəb geosiyasi oyunda erməni soyqrımının tanınması məsələsində spekulyasiyalarını yolverilməz hesab edirəm", — deyə Aşotyan yazıb.

Xatırladaq ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 60 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror dövləti adlandıraraq Qəzza zolağında ölənlər üçün ölkəsində üç günlük matəm elan edib. İsrailin Ankaradakı səfiri Eitan Naeh mayın 15-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Azərbaycan xəbər verir ki, mayın 14-də Qəzza zolağında baş verən hadisələrlə bağlı diplomata etiraz notası təqdim edilib. Türkiyə XİN rəsmiləri, eyni zamanda səfirə Ankaranı tərk edərək İsrailə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər. Mayın 16-ı İsrailin Ankaradakı səfiri Eitan Türkiyəni tərk edib.

Bu hadisələrin fonunda Knessetin deputatı İçik Şmuli (Sionist düşərgəsi) "Erməni soyqırımı"nın tanınması məsələsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Analoji qanun layihəsini "Likud" partiyasından Amir Oxan da təqdim edib.

İsrailin turizm naziri Yariv Levi isə ölkə vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb.

852
Teqlər:
Türkiyə, Ermənistan, İsrail, Qüds, etiraz, Respublika Partiyası
Əlaqədar
Ekspert: “İsrail-Fələstin münaqişəsini sakitləşdirmək çətin olacaq”
İsrail səfiri Türkiyəni tərk edib
Türkiyə ilə İsrail arasında diplomatik skandal yaşanır
İsrail səfirinə ölkədən getmək tövsiyə edildi
ABŞ-İsrail-Səudiyyə ittifaqı dünyanı qarşısına aldı
İran və İsrail sürətlə açıq müharibəyə doğru gedir
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

2
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

2

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.