ABŞ tarixində ilk: Qadın MKİ rəhbəri oldu

© AFP 2023 / SAUL LOEBABŞ Mərkəzi Kəşfiyyat İdarəsi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Haspel ABŞ-ın aparıcı kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır

BAKI, 18 may — Sputnik. ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Cina Haspelin (Gina Haspel) təyinatını təsdiqləyib.

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, senatorların əksəriyyəti ABŞ prezidenti Donald Trampın MKİ rəhbəri vəzifəsinə irəli sürdüyü Haspelin namizədliyini dəstəkləyib.

Xatırladaq ki, Haspel ABŞ-ın aparıcı kəşfiyyat qurumlarından biri hesab edilən MKİ-yə rəhbərlik edəcək ilk qadındır. Haspel buna qədər MKİ direktoru müavini vəzifəsində çalışıb.

Xəbər lenti
0