İlham Əliyev Yeni Azərbaycan Partiyasının inzibati binasının açılışında iştirak edib

Abunə olmaq
Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub

BAKI, 18 may — Sputnik. Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.

Xəbər lenti
0