XİN: Nalbandyandan qalan patefonun valını dəyişmək vaxtıdır

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim"

BAKI, 17 may — Sputnik. Azərbaycan xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev erməni həmkarı Tiqran Balayanın bu gün Qarabağ münaqişəsinin nizamlanmasına dair səsləndirdiyi bəyanatlara cavab verib. Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Hacıyev Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edib.

"2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.

İnsidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi. Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim. Həm də artıq Nalbandyan dövründən qalan patifonun valını dəyişmək vaxtıdır", — deyə Hacıyev bildirib.

Xəbər lenti
0