Sərhəd

Sərhəddi saxta viza ilə keçmək istəyən əcnəbilər saxlanılıb

37
(Yenilənib 11:52 17.05.2018)
Saxlanılan əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir

BAKI, 17 may — Sputnik. 2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can Respublikası ərazisinə gəlmək cəhdinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirlib ki, "Şarja-Bakı" rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­­­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olun­ub.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxs­lərin Azərbaycan Respublikası əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Ne­pal vətəndaşlarının Azərbaycan Respubli­ka­sının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­ib.

Saxlanılan əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.

37
Teqlər:
saxta, viza, Dövlət Sərhəd Xidməti
Əlaqədar
DSX-nin irimiqyaslı taktiki təlimləri başa çatıb
Sərhədi pozmaq istəyən iranlılar saxlanıldılar
Sərhədi keçən erməniləri təqib edərək 3 nəfəri öldürdü, birini yaraladı
Azərbaycan sərhədi yaxınlığındakı terror aktında ölənlərin sayı artdı
Здание парламента Азербайджанской Республики

"Təhsil haqqında" qanuna dəyişiklik edilir

0
(Yenilənib 15:41 30.11.2020)
Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

0
Работа за компьютером, фото из архива

"Qara cümə"nin "Kiber bazar ertəsi" - bu gün daha çox qorunmalısınız

3
(Yenilənib 15:39 30.11.2020)
Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır.

BAKI, 30 noyabr — Sputnik. Böyük endirim və satış günü olan "Qara Cümə" gününün ardınca "Kiber bazar ertəsi" günü gəlir. Bu gün bu il 30 noyabr tarixinə təsadüf edir. "Kiber bazar ertəsi" günü "Qara Cümə" kimi hər il insanların Yeni il bayramına hazırlaşmağa başladığı bir dövrdə keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Kapersky"nin məlumatına görə, həmin dövrdə markalar yaxşı endirimlər təklif etdikləri və təcavüzkarların gizlənməsini asanlaşdıran çox sayda mesaj göndərdikləri üçün, fişinq və fırıldaqçı hücumların sayı əhəmiyyətli dərəcədə artır:

"Əvvəlki illərin təcrübəsindən də göründüyü kimi, dördüncü rübdə, xüsusilə maliyyə sektorunu hədəf alan fişinq hücumlarının faizi, bütöv il ilə müqayisədə təxminən 10% daha yüksək olub. Fırıldaqçılar bu il də koronavirus mövzusundan aktiv şəkildə istifadə edirlər. Bu il ən geniş yayılan əfsanələrdən biri, guya müəyyən vətəndaş qruplarına görə verilən sosial müavinətlər idi. Təkcə 2020-ci ilin birinci yarısında "Kaspersky" mütəxəssislərinin aşkar etdiyi bu cür saxta mənbələrin sayı keçən ilin ilk altı ayı ilə müqayisədə təxminən beş dəfə çox olub. Təcavüzkarlar adətən uydurma fondlardan maddi yardım, müavinətlər və müxtəlif növ ödəmələr təklif edən xəbərdarlıqları təqlid edirlər".

"Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır. Bunlar istifadəçilərə müəyyən "komissiya" ödənişi qarşılığında böyük pul mükafatlarının vəd olunduğu saxta saytlardır. Bu sxem nəticəsində yalnız kiber cinayətkarlar pul əldə edirlər. 2020-ci ildə fırıldaqçılıq dünya istifadəçiləri üçün getdikcə daha aktual bir təhlükəyə çevrilir: mütəxəssislərimizin fikrincə, bu cür mənbələrin sayı daha da artacaq. İnsanlar getdikcə internetdə daha çox vaxt keçirirlər və kiber cinayətkarlar da bundan istifadə edirlər. Hiylələrini cari xəbər gündəminə uyğunlaşdırır və istifadəçiləri onlara könüllü olaraq pul köçürmək üçün aldadırlar. Son vaxtlar fırıldaqçılar mütəmadi olaraq lotereya və aksiyalara olan maraqdan istifadə edirlər. Pulu verməzdən əvvəl, məbləğin miqdarı əhəmiyyətsiz görünsə belə, pul köçürməyinizi tələb edən istənilən təklifdən şübhələnməyinizi tövsiyə edirik," - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün, "Kaspersky" onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:

• elektron poçt, messencer və ya sosial şəbəkələrdə şübhəli linklərə daxil olmayın və şübhəli saytlarda reklam banerlərinə klikləməyin;

• ödəniş üçün məlumat daxil etməzdən əvvəl ünvan zolağındakı saytın ünvanını diqqətlə yoxlayın;

• onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual bir kart almaq, içində az miqdarda pul saxlamaq və gündəlik pul çıxarma qoymaq daha yaxşı olar;

• onlayn mağaza naməlum bir mənbədirsə, xüsusi whois (kimdir?) xidmətlərindəki domen məlumatlarını yoxlamaq daha yaxşı olar: tamamilə təzədirsə və fərdi olaraq qeydiyyatdan keçibsə, oradan heç nə almamalısınız;

• fişinq və ya fırıldaqçılıq saytına və ya zərərli reklam banerlərinə girmək cəhdini əngəlləyəcək təhlükəsizlik proqramı quraşdırmaq təhlükəsizlik üçün faydalıdır.

3