Dopinq

Dopinqə düşmüş ağırlıqqaldıranımızla bağlı Federasiyadan açıqlama

39
(Yenilənib 14:52 15.05.2018)
"İsa Rüstəmovun dopinqə düşməsi milli yığma üçün elə də ağır itki deyil"

BAKI, 15 may — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının qərarı ilə Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün 4 il müddətinə diskvalifikasiya olunub. Bu qərar 2017-ci il noyabrın 24-dən qüvvəyə minib. 69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmində istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.

Xəbəri Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev təsdiqləyib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki il əvvələ baxanda, bu gün dopinqə düşənlərin sayı xeyli sayda azalıb: "Biz dopinqlə mübarizə aparırıq və yavaş-yavaş nəticə əldə edirik. 2016-c ildə bir nəfər, 2017-ci ildə daha bir nəfər idmançımız dopinqə düşüb. Əslində dopinqə düşmək yaxşı hal deyil. Amma keçmiş ilə müqayisədə uğurlu addımlar atıldığını demək olar".

K.Məstəliyev iddia edir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tez-tez milli komandanın idmançılarını dopinq testdən çıxarır: "Bunun özü də idmançıların öz üzərində işləməsinə səbəb olur. Sadəcə bir qədər vaxt lazımdır ki, biz dopinqin komandadan yox olmasına nail olaq. O ki qaldı İsa Rüstəmova, o, AMADA-nın yox WADA-nın dopinq testinə düşüb. Keçən il onlar Azərbaycana gələrək idmançılardan test götürdülər. Və nəticə də belə oldu. Hansısa dərman qəbul edib onun içində bu maddə olub".

Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstaliyev
Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstaliyev

"İsa Rüstəmov gənc və perspektivli, Azərbaycan və beynəlxalq yarışlarda özünü təsdiqlədən idmançı idi. Müəyyən perspektivlik var idi. Amma onun 4 illik disfikasiya olunması milli yığma üçün elə də ağır itki deyil", —deyə federasiyanın mətbuat xidmətinin rəhbəri əlavə edib.

39
Teqlər:
Azərbaycan Milli Antidopinq Agentliyi, dopinq-test, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Kənan Məstəliyev, dopinq
Əlaqədar
İdmançı 426 kilo ağırlığı qaldırdı və... ölümdən döndü – VİDEO
Azərbaycanlı idmançı inanılmazı bacardı: Sınıq əllə...
Olimpiadada Azərbaycanı təmsil edəcək yeganə idmançı: O, kimdir?
İdmançı qar altında qalmaqdan son anda xilas oldu
Məşhur idmançı məşq zamanı öldü
Əfsanəvi idmançı borcunu qaytarmaq üçün mükafatlarını satır
İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Lavrov Zərif Qarabağa dair nəyi müzakirə ediblər?

2
(Yenilənib 17:02 26.01.2021)
"Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. "Biz Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə nəzərdən keçirdik. Biz yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, həmçinin Ermənistanın Baş nazirinin görüşündə əldə olunan razılaşmalar barədə (qonağı) məlumatlandırdıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bu görüşdə region ölkələrinin də iştirakı ilə Cənubi Qafqazda iqtisadi, nəqliyyat və digər əlaqələrin bərpası üçün əməkdaşlığa dair qərar qəbul edilib. Biz əminik ki, bu iş Dağlıq Qarabağ ətrafında vəziyyətə dair qalan siyasi aspektləri ədalətli əsasda, Azərbaycan və Ermənistan xalqları, həmçinin onların qonşularının maraqları çərçivəsində tam həll etməyə imkan verəcək", - deyə Lavrov qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

2
Teqlər:
görüş, Məhəmməd Cavad Zərif, Sergey Lavrov, Azərbaycan, Qarabağ
Yerevanda etirazlar, arxiv şəkli

Yerevanda gərginlik, Ermənistan XİN-də kütləvi istefa dalğası

3
Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.

BAKI, 26 yanvar — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) kütləvi şəkildə istefa ərizəsi təqdim edən peşəkar diplomatların sayı artır. Sputnik Azərbaycan Ermənistanın "Past" qəzetinə istinadən xəbər verir ki, Ermənistan XİN-ə onlarla istefa ərizəsi təqdim olunub.

"XİN rəsmisi qəzetə müsahibəsində qeyd edib ki, istefalar Ermənistan rəhbərliyinin anlaşılmaz xarici siyasəti və Paşinyanın bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə bağlıdır. Yəni təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyanın bu sahədə siyasi və "biabırçı dərəcədə zəif" təyinatlarından narazıdırlar.

Nəşr yazır ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Baş nazir Nikol Paşinyanla da münasibətləri hamar deyil. Belə ki, Ayvazyan nazir təyin olduğu qısa zaman ərzində dəfələrlə Baş nazirin fikirləri ilə razı olmadığını bildirib.

"Bizdə olan məlumata görə, yaxın vaxtlarda Ayvazyanın özünün də istefası mümkündür", - deyə nəşr yazır.

3
Teqlər:
istefa, XİN, Ermənistan