Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq mövzusunda ictimai müzakirə

Gömrük orqanlarının fəaliyyətində şəffaflıq hesabatlılıq müzakirə olundu

39
Məruzələr başa çatdıqdan sonra tədbir ümumi müzakirələrlə davam edib

BAKI, 14 may — Sputnik. Bü gün "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirə keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev açıb.

R.Həsənəliyev bildirib ki, bir çox dövlət proqramlarını həyata keçirilməsi Azərbaycanın daha da çox uğur qazanmasına səbəb olur: “Biz dünyada sürətlə inkişaf edən ölkələr sırasına adımızı yazdıra bildik. Eyni zamanda Azərbaycanın iqtisadiyyatı da inkişaf edən sahələrdəndir. Bu sahələrdən biri də gömrükdür. Biz günü-gündən gömrük sahəsində işlərimizi mükəmməlləşdiririk ki, uğurlu işlər ortaya çıxaraq".

Daha sonra Açıq Hökumət Platformasının koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib. O, tədbir iştirakçılarına təşəkkürünü bildirib və bu tədbirin iştirakçılar üçün faydası olacağını vurğulayıb. Ə.Nuriyev tədbirdə müzakirə zamanı yeni fikirlərin ortaya çıxacağını qeyd edib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev çıxış ediblər.

Məruzələr başa çatdıqdan sonra tədbir ümumi müzakirələr ilə davam edib.

39
Teqlər:
Rza Həsənəliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Gömrük orqanları, Açıq Hökumət Platforması, "Konstitusiya" Araşdırmalar Fondu, Daxili təhlükəsizlik Baş idarəsi, Əliməmməd Nuriyev, Dövlət Gömrük Komitəsi
Azərbaycanın Avroviziya-2013 müsabiqəsindəki təmsilçisi Fərid Məmmədov

Santa-Barbarada olmuşam! Tanınmış azərbaycanlı müğənnidən fərqli paylaşım

3
(Yenilənib 20:57 05.07.2020)
Santa-Barbara şəhərinə səfər edən tanınmış azərbaycanlı ifaçı Fərid Məmmədov imkanı əldən buraxmayıb və uşaqlıq arzusunu həyata keçirib

BAKI, 5 iyul – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanı “Avrovision-2013” mahnı müsabiqəsində təmsil edən tanınmış ifaçı Fərid Məmmədov məşhur “Santa-Barbara” serialının çəkildiyi yerlərdə olub.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid səfəri ilə bağlı fotoları “Instagram” səhifəsində paylaşıb. Fərid etiraf edir ki, uşaqlıda bu serialı çox sevdiyindən, nə zamansa çəkilişlər gedən evi ziyarət etmək qərarına gəlib.

View this post on Instagram

#santabarbara #santabarbaraseries another trip

A post shared by Farid (@thefaridmammad) on

 “Santa-Barbara” tarixdə ən uzun sabun operası (soap opera) sayılır. Ümumilikdə serialın 2137 seriyası çəkilib. “Santa-Barbara” eyniadlı şəhərdə yaşayan Kepvell ailəsinin həyatından bəhs edir.

Fərid Məmmədov Azərbaycanın Əməkdar artisti Aybəniz Həşimovanın yetirməsidir. 2013-cü ildə Azərbaycanı “Avrovision” müsabiqəsində təmsil edəndən sonra xaricdə də tanınmağa başlayıb.

3
Əməkdar artist Tofiq Hüseynov

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

42
(Yenilənib 20:37 05.07.2020)
Aktyor bir saat əvvəl evində dünyasını dəyişib. Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 iyul – Sputnik. Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

Qeyd edilir ki, aktyor bir saat əvvəl evində dünyasını dəyişib.

Xatırladaq ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir.Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy (“O olmasın, bu olsun”,Ü.Hacıbəyov),Əzrayıl (“Bu meydan, bu şeytan”,F.Aşurov),Mərd Mazarov (“Adamın adamı”,Anar),Hacı Namazalı (“Danabaş kəndinin məktəbi” C.Məmmədquluzadə),Tülkü (“Cücələrim” T.Mütəlibbov ),Cəbi (“Hacı Qəmbər”,N.Vəzirov ),Şah Kreon (J.Anuy “Medeya”),Vəzir Zəban (O.Altunbay “Tomris”) obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb.

Onlardan:Komiyonçu “Kəllə”(N.Hikmət),Knyaz Orbeliani “Brüsseldən məktublar”( H.Həsənov),Oqtay “Rəqabət”(B.Vahabzadə),Hacı Kərim “Ölülər” (C.Məmmədquluzadə), Rüstəm xan(“Eloğlu”,A.Şaiq),Qala rəisi(“Xurşidbanu Natəvan”,İ.Əfəndiyev),Bekar Ağabala “Dirilən adam”( Mir Cəlal),Katib “Ölüləri qəbiristanlıqda basdırın”( İ.Şıxlı),Ağamusa Fərəcov “Dəlilər və ağıllılar” (İ.Əfəndiyev),Əcəl “Alın yazısı”( T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor “Meteranpaj”(Kamayev),”3-mollanın sərgüzəşti”(Mola Vəli),”Şkafda adam”(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, “Marş” (Komandir),“Dəvətnamə”(Briqadir),”O dünyadan salamlar”(Əli bəy), “Bahar ərəfəsində”(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb", - deyə o bildirib.

42