Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları

Qəbələ daha bir beynəlxalq yarışa evsahibliyi edir

47
(Yenilənib 15:19 11.05.2018)
Qəbələ Beynəlxalq Qran-prisində Azərbaycan idmançıları 5 medal qazanıb

İlham Əhmədov, Sputnik Azərbaycan.

BAKI, 11 may — Sputnik. Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarının səngər stend üzrə qalibləri məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da qadın, kişilər və gənclər arasında səngər stend yarışlarının final mərhələsi keçirilib.

Kişilərin yarışında tanınmış stend atıcısı, rusiyalı olimpiya çempionu Aleksey Alipov 47 xalla qızıl, Azərbaycan idmançısı Tamerlan Məmmədov 46 xalla gümüş, Rusiya atıcısı Aleksey Quliayev 36 xalla bürünc medal qazanıb. Bu yarışda Əli Hüseynli 5-ci yeri tutub.

Qadınların yarışında isə rusiyalı Nataliya Zvaqinseva birinci, Azərbaycan atıcısı Aydan Camalova ikinci, Ukrayna atıcısı Alyona Axotska üçüncü yeri tutub. Gənclərin final yarışında Azərbaycan idmaçıları digər ölkələrdən olan rəqiblərini önə keçməyə bacarıblar. Belə ki, Sabir Mehdizadə birinci, Mirmömin Ağazadə ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.

  • Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları
    Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları
    © Sputnik / Ilham Ahmadov

1 / 7
© Sputnik / Ilham Ahmadov
Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova təqdim ediblər. Eyni zamanda mayın 10-da dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olub. Sabah bu növ üzrə yarışlara start veriləcək.

Qeyd edək ki, "Qəbələ" Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir. Azərbaycan bu mötəbər yarışda 26 idmançı ilə təmsil olnur. Gənclərdən səngər stend yarışlarında 3, dairəvi stend yarışlarında isə 4 idmançımız iştirak edir. Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar.

47
Teqlər:
Qran-pri, Qəbələ, olimpiya çempionu, atıcılıq, stend atıcılığı, Zemfira Meftahətdinova
Əlaqədar
Qəbələ sakini təyyarə düzəldib
Qəbələ festivalında möhtəşəm simfonik musiqi axşamı
Qəbələ əcnəbiləri özünə cəlb edir
"Qəbələ" sonuncu oyunda da məğlub oldu
"Qarabağ" və "Qəbələ" məğlub oldular
"Qəbələ" məğlub oldu
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

2
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

2

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.