Kral gəlininin adı "porno ulduz" qalmaqalında

© Eddie Mulholland/Pool via ReutersMeqan Markl və Harri
Meqan Markl və Harri - Sputnik Azərbaycan
Abunə olmaq
Meqan Markl hələ 22 yaşındaykən vaxtilə porno filmlərdə rol almış Simon Rekslə münasibət yaşayıb

Bakı, 11 may — Sputnik. Dünyanın gözü-qulağı Kraliyyət toyuna dikilmişkən şahzadəlik biletinə sahiblənən son qadın, fotomodel-aktrisa Meqan Marklın (Meghan Markle) keçmişi ilə bağlı maraqlı detallar üzü çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, toya sayılı günlər qalmış ingilis mətbuatını zəbt edən "pornoz ulduz" detalı gündəmə damğa vurub.

Erməni əsilli ev qızı Kim Kardaşyan - Sputnik Azərbaycan
Kardaşyan özünü yenə biabır etdi – FOTO

Belə ki, Böyük Britaniya şahzadəsi Harri və ABŞ-lı nişanlısı Meqan Marklın toyuna günlər qalmış cütlüyün münasibətləri ilə bağlı yeni iddialar ortaya atılıb. "The Sun" qəzeti kralın gələcək gəlininin keçmişdəki münasibətləri ilə bağlı bir xəbər yayıb. Xəbərdə qeyd olunur ki, Meqan Markl hələ 22 yaşındaykən və aktrisalıq karyerasına yeni başlayan ərəfədə, vaxtilə porno filmlərdə rol almış Simon Rekslə (Simon Rex Cutright) münasibət yaşayıb.

Bir zamanlar porno filmlərin ulduzu olmuş Simon Reks daha sonra karyerasını R&B ifaçısı və aparıcılıq edərək dəyişib. O, porno filmlər sektoruna 20 yaşındaykən ev kirayəsini belə ödəməyə pul tapmadığı üçün başlayıb. 2 il çalışdıqdan sonra o, sektordan tamamilə uzaqlaşıb. Simon Reksin bu günə qədər ən məşhur əlaqəsi Paris Hilton ilə yaşanıb.

"Porno ulduz" qalmaqalı ilə bağlı Meqan Markl tərəfindən heç bir bir münasibət bildirilməyib. Toya sayılı günlər qalmış yayılan bu xəbərin Kraliyyət ailəsinə necə təsir bağışlayacağı maraqla gözlənilir.

Xəbər lenti
0