Kəndli böyük ziyana düşdü

Abunə olmaq
Yanğın ev sahibi tərəfindən söndürülsə də, quşları xilas etmək mümkün olmayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Qax rayonun Qaratala kəndində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə kənd sakini Həmzət Abbasova məxsus toyuq hinində yaşanıb. Nəticədə kəndlinin 200-dən artıq cücəsi tüstüdən boğularaq tələf olub.

Zərərçəkmişin sözlərinə görə, ev quşlarının soyuqdan qorunması üçün soba yandırıb, sobadan düşən od qısa müddətdə böyüyüb. Yanğın ev sahibi tərəfindən söndürülsə də, ev quşlarını xilas etmək mümkün olmayıb.

Xəbər lenti
0